24 Oktyabr 2019 20:14
420
CƏMİYYƏT
A- A+

Bhonqolvethu Sonti: Qoşulmama Hərəkatının Gənclər Sammiti böyük əhəmiyyətə malik bir tədbirdir


Dünya əhalisinin əhəmiyyətli hissəsini gənclər təşkil etdiyi üçün onların inkişafın bütün mərhələlərində iştirak etməsi çox vacibdir. Bu gün dünyada bir çox münaqişələrlə, yoxsulluq, ekstremizm və terrorizm kimi problemlərlə qarşılaşırıq. Öz gələcəyini idarə etmək və daha yaxşıya doğru dəyişmək istəyən gənclər çoxdur. Bu baxımdan, Azərbaycanda ilk dəfə olaraq gənclərin iştirakı ilə belə bir tədbirin keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçısı, Afrika Gənclər Təşkilatının sədri Bhonqolvethu Sonti deyib.

"BMT-nin 2030-cu ilədək Davamlı İnkişaf Məqsədlərinin tam həyata keçirilməsinə 11 illik bir müddətimiz var. Bu isə dünyada gənclərin üzərinə həlledici qərarlar qəbul etmək və ilk növbədə, hərəkətə keçmək kimi böyük məsuliyyət qoyur”, - deyə sammit iştirakçısı bildirib.

Bhonqolvethu Sonti Qoşulmama Hərəkatının Gənclər Sammitini Azərbaycanın Hərəkatın inkişafına verdiyi töhfə kimi qiymətləndirib. "Azərbaycan bu cür tədbirlərə ev sahibliyi etməklə həlledici qərarların qəbul edilməsində gənclərin rolunu artırmaq üçün üzərinə götürdüyü bu məsuliyyətli missiyanı uğurla yerinə yetirəcək”, – deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video