24 Oktyabr 2019 19:59
432
SİYASƏT
A- A+

Ticani Məhəmməd-Bande: BMT ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi məsələləri hər zaman vacib hesab edir


Birləşmiş Millətlər Təşkilatı ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi məsələləri hər zaman vacib hesab edir. Buna əsaslanaraq BMT beynəlxalq hüququn formalaşması prosesinə öz dəstəyini verib. BMT dünya ölkələrinə müraciət edərək dövlətlərin sərhədlərinin toxunulmazlığını bu prinsipin qorunmasına səsləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri oktyabrın 24-də ADA Universitetində BMT-nin yaranmasının 74-cü ildönümünə həsr olunan tədbirdə BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bande deyib.

BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsi və bu qətnamələrə əməl edilməməsi məsələsinə münasibət bildirən Ticani Məhəmməd-Bande bildirib ki, BMT öz mövqeyini qəbul olunmuş qətnamələri vasitəsilə nümayiş etdirir. BMT bunu da vacib hesab edir ki, dövlətlərin sərhədləri dəyişdirilməməli, toxunulmaz olaraq qalmalıdır. Biz razılaşma olmadan və hər hansı güc tətbiq etməklə dəyişdirilmiş sərhədləri tanımırıq. Bu baxımdan sərhədlər toxunulmaz olaraq qalmalıdır. Bununla bağlı həm BMT Baş Assambleyasının, həm də Təhlükəsizlik Şurasının mövqeyi var və bu mövqe dəyişməz olaraq qalır. Bu gün elə bir mexanizm olmalıdır ki, bu mexanizmlə mübahisələr öz həllini tapsın, sülh bərqərar olsun. BMT-nin rolu həmin mexanizmə yardım etməkdən ibarətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video