Alternative content

02:44 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskvada Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlığa həsr olunan konfrans keçirilir
Moskvada Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlığa həsr olunan konfrans keçirilir
ANA SƏHİFƏ / Elm və texnika
16:28 24.10.2019

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası və Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) birgə təşkilatçılığı ilə "Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlıq: mənəvi-tarixi ənənələr və müasirlik” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın əsas məqsədi sürətlə qloballaşan dünyada Avrasiya məkanında tarixi kökləri olan adət-ənənələrin, mədəni irsin qorunması yollarını müzakirə etmək, eləcə də bu sahədə indiyə qədər mövcud olan təcrübə mübadiləsinin əsasını qoymaqdır. Konfransın digər məqsədi isə sözügedən məkanda mövcud ənənələrin müasir dövlətçiliyə müsbət və mənfi təsiri ilə bağlı fikir mübadiləsi aparmaqdır.

Tədbirin açılış mərasimində çıxış edən RDHU-nun prorektoru İrakli Bolkvadze, Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri Elçin Əsgərov, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, AMEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə çıxış edərək, bu münasibətlərin həm mənəvi bağların saxlanılmasında, həm də regional inteqrasiya proseslərinin inkişafı baxımından vacib olmasını vurğulayıblar.

Daha sonra RDHU prezidenti Yefim Pivovarın, Rusiya Dövlət Duması MDB ölkələri ilə İş üzrə Komitəsinin sədri Leonid Kalaşnikovun konfrans iştirakçılarına təbrik müraciəti oxunub.

Konfransın plenar iclasında iştirak edən Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar Mərkəzinin əməkdaşı Fərizə Ramazanova, rusiyalı ekspertlər Qriqori Trofimçuk, Rezeda Qalixuzina, rusiyalı tarixçi professor Mixail Muxin həm təmsil etdikləri ölkələrdə, həm də Avrasiya məkanında qloballaşmanın yaratdığı neqativ tendensiyalara qarşı davam gətirmək üçün milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən bəhs ediblər.

İştirakçılar Rusiya-Azərbaycan münasibətlərinin bugünkü durumu, keçmişə münasibət və perspektivlər, gələcək əməkdaşlığın ortaq nöqtələri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərilməli mövqe məsələlərinə toxunublar.

Konfrans işini davam etdirir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM