24 Oktyabr 2019 16:22
416
CƏMİYYƏT
A- A+

Mələk Çakmak: 650 min ağacın əkilməsi Azərbaycanın karbon qazı tullantılarının 35 faizə qədər azaldılmasına dair öhdəliyinə töhfə verəcək


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda bir gündə 650 min ağacın əkilməsi çox gözəl bir təşəbbüsdür. Bütün qurumlar və vətəndaşlar bu təşəbbüsə qoşulmalıdırlar. Biz də bir beynəlxalq qurum - BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olaraq irəli sürülən bu xoş təşəbbüsü dəstəkləyir və bu kimi işlərin bir trend olaraq qəbul edilərək mütəmadi şəkildə həyata keçirilməsinə ümid bəsləyirik.

Bunu AZƏRTAC-a müsahibəsində FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak deyib.

"Bu təşəbbüsün əsas əhəmiyyəti ondan ibarətdir ki, hər kəs ağacların insan həyatındakı əvəzsiz rolunu bir daha anlayacaq, əkdiyi ağaclarla ölkənin ekoloji vəziyyətinin yaxşılaşmasına kiçik də olsa bir töhfə vermiş olacaq”, - deyən M.Çakmak bildirib ki, ağac əkib meşə salmaq ekoloji tarazlığı qorumaq üçün çox vacib bir işdir.

"Həyata keçirilən bu kimi işlər həm Azərbaycanın təbiətinin daha da zənginləşməsinə, ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edir, həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına köməklik göstərir, Azərbaycanın qəbul etdiyi Paris Sazişi üzrə 2030-cu ilə qədər hədəf kimi götürdüyü karbon qazı tullantılarının 35 faizə qədər azaldılmasına dair iddialı öhdəliyinə öz töhfəsini verir”, - deyə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri deyib.

Azərbaycanda son illər yaşıllıqların artırılması və qorunmasına xüsusi həssaslıqla yanaşıldığını və genişmiqyaslı ağacəkmə aksiyalarının həyata keçirildiyini deyən M.Çakmak Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aqromeşə massivlərinin salınmasını, IDEA İctimai Birliyi tərəfindən yaşıllıqların artırılması və qorunmasına istiqamətlənmiş layihələri xüsusi qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video