24 Oktyabr 2019 16:15
606
CƏMİYYƏT
A- A+

Joaquin Perez Ayestaran: Qoşulmama Hərəkatının Gənclər Sammiti çox önəmli təşəbbüsdür


Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammiti çox önəmli təşəbbüsdür. Bu təşəbbüs nəinki Venesuela, həmçinin Qoşulmama Hərəkatına digər üzv ölkələr tərəfindən də yüksək qiymətləndirilir. İnanıram ki, bu tədbir həm də Azərbaycan Hökumətinin beynəlxalq aləmdə gənclərin rolunu inkişaf etdirmək istiqamətində gördüyü işin yüksək qiymətləndirilməsinin sübutudur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitində iştirak edən Venesuelanın BMT-dəki daimi nümayəndəsi Joaquin Perez Ayestaran deyib.

O qeyd edib ki, bu platforma təkcə siyasi problemlərin deyil, həm də dünya ölkələrinin üzləşdiyi sosial və iqtisadi problemlərin həlli istiqamətində müzakirələr aparmağa və onların həlli yollarını tapmağa kömək edir. Hər bir ölkədə cəmiyyət həyatında gənclərin rolu böyükdür. "İnanırıq ki, həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycan Qoşulmama Hərəkatının əsas məqsədlərinə nail olmaq istiqamətində, Hərəkatın fəaliyyətinin təkmilləşdirilməsi prosesində irəliləyişə nail olmaq üçün bütün səylərini səfərbər edəcək və bu platformaya yeni elementlərin gətirilməsində əhəmiyyətli rol oynayacaq”, - deyə Venesuela nümayəndəsi əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video