Alternative content

04:14 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNEC-də “Elm həftəsi” çərçivəsində icbari tibbi sığortanın tədqiqi məsələləri müzakirə edilib
UNEC-də “Elm həftəsi” çərçivəsində icbari tibbi sığortanın tədqiqi məsələləri müzakirə edilib
ANA SƏHİFƏ / Elm və texnika
15:43 24.10.2019

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Elm həftəsi” çərçivəsində növbəti tədbir UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradov Mərkəzin yaradılmasının əsas məqsədindən söz açıb. Diqqətə çatdırıb ki, məqsədimiz 2020-ci ildə ölkədə tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı müvafiq qurumların yanında olmaq, onlara araşdırmalar aparılması və hesabatlar hazırlanmasında xidmət göstərməkdir. Ölkədə bu sahədə mütəxəssis çatışmazlığı olduğunu və tədqiqat aparılmadığını deyən Ədalət Muradov problemlərin UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində təcrübəli ekspertlər tərəfindən araşdırılacağını bildirib.

Rektor son 5 ildə UNEC-də 602 gənc müəllimin işə qəbul olunduğunu diqqətə çatdıraraq mərkəzin rəhbəri, Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Mirsahib Eminovun da məhz həmin gənclərdən olduğunu deyib.

Sonra Mirsahib Eminov "Səhiyyənin maliyyələşdirilməsində beynəlxalq təcrübə və onun Azərbaycan icbari tibbi sığorta sisteminə tətbiqi imkanları” mövzusunda çıxış edib.

Milli Məclisin deputatı Musa Quliyev icbari tibbi sığortanın qarşılaşa biləcəyi problemlərdən və onların həlli yollarından danışıb. Tibbi texnologiyaların inkişafı nəticəsində dünyada səhiyyə xərclərinin artdığını deyən Musa Quliyev Azərbaycanda və digər ölkələrdə adambaşına düşən səhiyyə xərclərinin miqdarını açıqlayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin yaradılmasının əhəmiyyətindən danışıb. Ölkədə səhiyyə xərcləri ilə bağlı dəqiq məlumatların əldə edilməsində çatışmazlıq olduğunu bildirib. Zaur Əliyev UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində bu istiqamətdə faydalı elmi araşdırmalar aparılacağına əminliyini ifadə edib.

Sonda rektor Ədalət Muradov UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində icbari tibbi sığorta ilə bağlı vahid məlumat və statistik baza formlaşdırılacağını deyib. Qeyd edib ki, mərkəzin ekspertlərindən ibarət işçi qrupu tərəfindən icbari tibbi sığortanın uğurla tətbiq olunduğu postsovet ölkələrində bu sistemin tətbiqi zamanı üzləşdikləri problemlər və onların aradan qaldırılması yolları ilə bağlı kitabça hazırlanacaq. UNEC-in müəllim və tələbələrindən ibarət "İcbari tibbi sığorta” elçilər komandası formalaşdırılacaq, regionlarda maarifləndirici tədbirlər keçiriləcək.

Rektor tədqiqat mərkəzi tərəfindən ölkədə icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xidmətin keyfiyyətinin monitorinq sisteminin və maliyyə vəsaitlərinin səmərəliliyi ilə bağlı diaqnostik sistemin yaradılacağını diqqətə çatdırıb. İcbari tibbi sığortaya cəlb olunan əməkdaşlara "UNEC Ekstern”də distant təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM