24 Oktyabr 2019 11:18
738
İQTİSADİYYAT
A- A+

Azərbaycan “Doing Business 2020” hesabatında 34-cü yerdə qərarlaşıb


Azərbaycan Dünya Bankının "Doing Business 2020” hesabatında 190 ölkə arasında 76,7 qiymətləndirmə balı ilə 34-cü sırada yer alıb.

AZƏRTAC xəbər verir ki, ölkəmiz "Doing Business 2020”də reallaşdırdığı 4 islahata görə bu yerə layiq görülüb. Bunlar "Əmlakın qeydiyyatı”, "Kreditin alınması”, "Minoritar investorların hüquqlarının qorunması” və "Müqavilələrin icrasının təmin edilməsi”dir.

Hesabatda qeyd olunur ki, Azərbaycan kadastrın əhatə dairəsini genişləndirməklə və kadastr planlarını rəqəmsallaşdırmaqla əmlakın qeydiyyata alınmasını daha asan və şəffaf edib.

Azərbaycan həm borcların, həm də öhdəliklərin ümumi təsvirinə, təhlükəsizlik maraqlarının məhkəmədənkənar icrasına icazə verib.

Tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoymaqla minoritar investorların hüquqlarının müdafiəsi gücləndirilib.

Azərbaycan şikayətçilərə ilkin şikayətləri elektron qaydada təqdim etməyə imkan verən elektron sistem tətbiqi və könüllü vasitəçilik haqqında birləşdirilmiş qanun qəbul etməklə müqavilələrin icrasını asanlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video