Alternative content

03:45 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
17:48 13.11.2019 İndoneziyada partlayış
17:48 13.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyevin regional inkişaf siyasətinin növbəti uğuru
İlham Əliyevin regional inkişaf siyasətinin növbəti uğuru
ANA SƏHİFƏ / SİYASƏT
01:58 24.10.2019


39 şəhər və rayon gələnilki dövlət büdcəsindən dotasiya almayaraq özünü tam maliyyələşdirəcək


"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi artıq ictimaiyyətə açıqlanıb. Layihəyə əsasən, 2020-ci ildə dövlət büdcəsinin gəlirlərinin 24 milyard 134 milyon 500 min manat, xərclərinin 26 milyard 913 milyon 700 min manat məbləğində olması nəzərdə tutulur. Bu, 2019-cu illə müqayisədə gəlirlər üzrə 4,2 faiz, xərclər üzrə isə 6,8 faiz çoxdur. Yaxın günlərdə layihə və büdcə zərfinə daxil olan digər məsələlər Milli Məclisdə müzakirəyə çıxarılacaq.


Qeyri-neft gəlirlərinin artırılması diqqət mərkəzində saxlanılacaq


2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 3 faiz olmaqla 83,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,8 faiz olmaqla 54,6 milyard manat proqnozlaşdırılır. 2021-ci ildə qaz emalının kəskin artması nəticəsində isə neft sektorunun artımında da əhəmiyyətli sıçrayış proqnozladırılmaqdadır. Bütövlükdə proqnozlara əsasən, 2023-cü ilə qədər ölkə ÜDM-i 97,7 milyard manata çatacaq. Təbii ki, bu zaman qeyri-neft sektorunun inkişafının təmin edilməsi əsas iqtisadi prioritetlərdən biri olmağa davam edəcək. Ortamüddətli dövrdə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 66,8 faizə yüksələcəyi proqnozlaşdırılır.

Tədiyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını təmin edəcək. Bu əsasda, 2020-ci il üçün manat ABŞ dolları məzənnəsinin 1,7 manat səviyyəsində qalacaq. Məzənnə sabitliyinin qorunub saxlanılması, o cümlədən inflyasiya səviyyəsinin tənzimlənməsi əhalinin sosial rifah göstəricilərinə müsbət təsir göstərəcək. Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin real ifadədə orta hesabla 8,3 faiz artaraq 2023-cü ildə 80,3 milyard manata, xərclərinin isə 7,9 faiz artaraq 69,4 milyard manata qədər yüksəlməsi gözlənilir. Cari ildə əhalinin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilmiş tədbirlərin nəticəsində iqtisadiyyatın bütün sahələri üzrə orta aylıq əməkhaqqı səviyyəsinin 2020-ci ildə 15,5 faiz artımı gözlənilir.

Gələn ilin dövlət büdcəsi də bu məsələlər nəzərə alınmaqla tərtib olunub. Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi 2020-ci ildə büdcə siyasətinin əsas istiqamətlərindən biri kimi qalacaqdır. Bu əsasda, büdcə xərclərinin pul proqramının parametrlərinə uyğun şəkildə tənzimlənməsi istiqamətində tədbirlər davam etdiriləcək. Qlobal enerji qiymətlərinin volatilliyi fonunda iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması hədəflərinə uyğun olaraq, büdcənin qeyri-neft gəlirlərinin artırılması da gəlir siyasətinin əsas istiqamətlərindən biri olacaq. Bu əsasda, qeyri-rəsmi məşğulluğun səviyyəsinin azaldılması və şəffaflığın artırılması istiqamətində tədbirlər davam etdiriləcək, vergitutma bazası genişləndiriləcək, vergi inzibatçılığı təkmilləşdiriləcək.


Büdcə xərcləri inkişafa və rifaha xidmət edəcək


2020-ci il və ortamüddətli dövrdə Azərbaycan Respublikasının milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə Strateji Yol Xəritələrinin icrası, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üzrə tədbirlər büdcə xərclərinin əsas istiqamətlərindən biri olacaq. Ənənəvi olaraq büdcənin sosialyönümlülüyü təmin ediləcəkdir. Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci il və ortamüddətli dövrdə də davam etdiriləcək.

İnsan kapitalının inkişafı, əmək məhsuldarlığının artırılması üzrə tədbirlər də büdcə siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq. Bu əsasda, təhsil islahatlarının davam etdirilməsi, məktəbəqədər təhsilin maliyyə təminatı, habelə ali məktəblərə dövlət sifarişi əsasında tələbə qəbulunun daha da genişləndirilməsi məqsədilə müvafiq maliyyə təminatı ayrılacaq.

Xərc siyasətinin digər mühüm istiqaməti ərzaq təhlükəsizliyinin təmin edilməsi olacaqdır. Bununla əlaqədar, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün müvafiq təşviq mexanizmləri formalaşdırılacaq, maliyyə dəstəyi və subsidiyalar ayrılacaq.

Gələn il nəqliyyat, kommunal infrastruktur, meliorasiya, sənaye və energetika, kənd təsərrüfatı kimi prioritet sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi, habelə, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin, əlil və şəhid ailələri üçün evlərin tikintisi dövlət əsaslı vəsait qoyuluşunun prioritet istiqamətlərindən olacaq.


Bölgələrin özünümaliyyələşdirmə prinsipləri əsasında yaşaması mümkündür


Hər il büdcə tərtib olunarkən qarşıya qoyulan ən əsas vəzifə büdcə xərclərinin səmərəliliyinin artırılması və optimallaşdırılmasıdır. Bu sırada artıq neçə illərdir ki, qarşıya qoyulan vəzifələrdən biri də şəhər və rayonların dövlət büdcəsindən maliyyələşməsinin azaldılması və tədricən dayandırılmasıdır. Fərəhli haldır ki, regional inkişaf proqramlarının icrasının və bütövlükdə ölkə iqtisadiyyatının inkişafının nəticəsi olaraq ötən illərdə bu istiqamətdə mühüm irəliləyiş baş verib.

Ötən illərdə büdcədən dotasiya alan rayonların sayının xeyli azalması göstərir ki, bütün bölgələrin özünümaliyyələşdirmə prinsipləri əsasında yaşaması mümkündür. Bunun üçün sadəcə hər bir şəhər və rayon özünün potensial imkanlarından düzgün yararlanmalıdır. Son illərdə bəzi rayonların təcrübəsində bunun nə qədər real olduğunu görmək olar. Məsələn, Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramlarının uğurlu icrası və yerli imkanlardan səmərəli istifadənin nəticəsi olaraq Abşeron və İmişli kimi rayonlar neçə illərdir ki, dövlət büdcəsindən dotasiya almır. Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq bu rayonların iqtisadi imkanları artdıqca yerli gəlirləri də ilbəil çoxalıb və nəticə etibarilə onlar dövlət büdcəsinin vəsaitindən imtina edib.

Əgər bu rayonlar dotasiyadan imtina etməyə nail olublarsa, digər rayonların da öz hesabına yaşaması tamamilə mümkündür. Ələlxüsus, Azərbaycanın bütün rayonlarının özünə məxsus iqtisadi potensialı, təbii imkanları, ən əsası ölkədə əlverişli biznes mühiti var. Xərclərin optimallaşdırılmasının vacib olduğu indiki şəraitdə isə rayonlar buna daha tez nail olmalıdırlar.

Fərəhli haldır ki, gələn ilin dövlət büdcəsinin layihəsinə nəzər yetirdikdə dövlət büdcəsinin dotasiyasından imtina edən şəhər və rayonların sayının artdığını görürük. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Şəmkir rayonları büdcədən maliyyələşməyəcək. Ümumilikdə gələn il 39 şəhər və rayon dövlət büdcəsindən maliyyə almadan özünü yerli gəlirlər hesabına təmin edəcək. Xatırladaq ki, 2019-cu ildə 35 şəhər və rayon büdcədən maliyyələşmir.

Təbii ki, regionların dövlət büdcəsi dotasiyasından tam azad olunması üçün zaman lazımdır. Amma vaxtilə yalnız Bakının dotasiya almadığını, gələn il isə öz yerli xərcləri hesabına maliyyələşən şəhər və rayonların sayının 39-a çatacağını nəzərə alsaq görərik ki, bu sahədə qarşıya qoyulan məqsədlərə nail olunur. Bunun da əsas səbəblərindən biri ölkədə həyata keçirilən düşünülmüş iqtisadi siyasətdir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM