Alternative content

16:09 21 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:14 21.11.2019 Sabah qış havası olacaq
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verir
Kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:55 24.10.2019


Bu yolla daha yüksək məhsuldarlığa nail olunur


Kənd təsərrüfatı inkişaf tempinə görə sənaye ilə müqayisədə uzun müddət geridə qalıb. Səbəb sənayedə yeni texnika və texnologiyalardan müntəzəm şəkildə istifadə edilməsi idi. Lakin dünya əhalisinin sürətlə çoxalması kənd təsərrüfatı məhsullarına olan tələbatı da artırdı.

Bununla bağlı son bir neçə onillik ərzində inkişaf etmiş ölkələrdə kənd təsərrüfatında yeni texnika və texnologiyalardan istifadə etməyə, bu yolla torpaqların sıradan çıxmasının qarşısı alınmağa, məhsuldarlığı yüksək olan yeni toxum növlərinin yaradılmasına başlandı. Nəticədə kənd təsərrüfatı məhsullarının istehsalında torpaqdan az istifadə etməklə daha çox məhsuldarlığa nail olmağın təməli qoyuldu.

Bunu Niderlandın timsalında da görmək olar. Bu ölkənin əkin sahəsi az, torpaqlarının məhsuldarlığı bir çox ölkələrdən aşağı idi. Lakin niderlandlılar yeni texnika və texnologiyalardan istifadə edib, xəstəliklərə dözümlü və daha məhsuldar toxumlar yetişdirir, dünyada kənd təsərrüfatı məhsullarının ixracında yalnız Amerika Birləşmiş Ştatlarından geridə qalır.

Ölkəmizdə həyata keçirilən aqrar islahatların əsas məqsədlərindən biri də kənd təsərrüfatında yeni texnika və texnologiyalardan, daha məhsuldar sortlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olmaqdır.

Bu məqsədlə dövlət öz vəsaiti hesabına xarici dövlətlərin ən yüksək kənd təsərrüfatı texnologiyaları və texnikaları alıb ölkəmizə gətirərək güzəştli şərtlərlə fermerlərə satır.

Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafında 6 aylığın nəticələri ilə bağlı keçirilən müşavirədə aqrar sektorda aparılan islahatların əhəmiyyətini qeyd edərək demişdir: "Kənd təsərrüfatında rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda kənd təsərrüfatı ixracının artmasına xidmət göstərəcək”.

Qarşıya qoyulan əsas məqsədlərdən biri də daha məhsuldar sortların yetişdirilməsidir. Tərtər rayonundakı sort-sınaq məntəqəsində yunan texnologiyası əsasında pambıq yetişdirilir. 6 hektar sahədə becərilmiş pambıq sortları əsasən məhsuldarlığına, lif çıxımına, xəstəliklərə qarşı dözümlülüyünə, vegetasiya dövrünə görə bir-birindən fərqlənir. Üstün cəhətləri olan sortların həm yerli şəraitə uyğun becərilməsi, həm də bu sortlar əsasında yeni pambıq sortlarının yaradılması istiqamətində təcrübələr aparılır. Burada pambıq toxumçuluq məqsədilə becərilir. Araşdırmalar göstərir ki, texnoloji xəritəyə uyğun becərmə aparıldığı təqdirdə bu sortlar çox yüksək məhsuldarlığa malikdir.

Aqrar sektorla bağlı müxtəlif dövlət qurumları da fermerləri daha məhsuldar toxumlarla təmin etmək üçün mütəmadi tədbirlər görürlər. Xüsusilə Kənd Təsərrüfatı Nazirliyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq toxum və ting bazarının tənzimlənməsini daim diqqətdə saxlayır. Toxum ticarət şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, həmçinin fermerlərə sertifikatlı toxumun əlçatanlığının təmin edilməsi məqsədilə "Respublika toxum sərgi-satış” yarmarkası keçirilib.

Sərgiyə 50-dən çox özəl toxum istehsalı və satışı ilə məşğul olan şirkətin məhsulları çıxarılıb. Burada əsasən dənli (arpa, buğda), həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdirilib. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumatlar verilib və informasiya materialları təqdim olunub.

Toxumların səpin keyfiyyəti üzrə analizləri aparmaq üçün 12 regional toxum sertifikatlaşdırma mərkəzi (Quba, Bərdə, Göygöl, Qax, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran, Beyləqan və Sabirabad), eləcə də Respublika Toxum Sertifikatlaşdırma (Abşeron) Mərkəzi fermerlərin istifadəsinə verilib. Bu mərkəzlərin hamısı ölkədə toxumçuluğu inkişaf etdirmək üçün ən müasir cihaz və avadanlıqlarla təchiz olunub.

Onu da qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi toxumçu fermerlərə daim dəstək göstərir, toxum istehsalçılarına verilən subsidiya mexanizminin təkmilləşdirilməsinə, fermer və torpaq mülkiyyətçilərinə sertifikatlı toxumun əldə olunmasına kömək etməyə çalışır. Sərgi-satış yarmarkasının keçirilməsində hədəf payızlıq buğda və arpa səpininin optimal müddətdə başa çatdırılması üçün fermerlərə vaxtında sertifikatlı toxumun verilməsinə nail olmaqdır. Belə sərgilərin keçirilməsi toxum bazarının formalaşmasında da mühüm əhəmiyyətə malikdir.

Rüstəm KAMAL,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM