Alternative content

09:46 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni təyinatlar yeni hədəflərə səmtlənir
Yeni təyinatlar yeni hədəflərə səmtlənir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:55 24.10.2019


Oktyabrın 15-də Prezident İlham Əliyev keçirdiyi iqtisadi müşavirədə islahatların daha fərqli və daha dərin məzmunda aparılacağını bəyan etmişdir.

Bu baxımdan iqtisadçılar və müstəqil ekspertlərin müşavirənin bütünlükdə konstruktiv məzmun daşıdığını, qazanılan iqtisadi uğurlardan daha çox perspektivlərin, yeni ideyaların və ölkə iqtisadiyyatında bugünədək diqqətdən kənarda qalan sahələrin və kadr islahatlarının israrla önə çəkildiyini vurğulamaları təsadüfi deyil.

Ekspertlər bu müşavirədən sonra ciddi addımların atılacağını, ölkə iqtisadiyyatına yeni nəfəs gətirən qərarların qəbul ediləcəyini bildirsələr də, onların bir çoxu dövlət başçısının sürətlə sözdən fəaliyyətə keçəcəyini və ən yüksək səviyyədə kadr islahatlarına belə tezliklə start verəcəyini gözləmirdilər. Xəbər verildiyi kimi, Prezident sonuncu müşavirədən bir neçə gün sonra hökumətin yüksəkvəzifəli məmurlarını yaşla bağlı verdikləri istefa ərizləri ilə əlaqədar qəbul etmiş, onların fəliyyətini yüksək dəyərləndirmişdir. Ekspertlərin diqqətindən Prezdentin istefaları qəbul edərkən bu müsbət nümunəyə təqaüd yaşı keçən digər məmurları dəvət etməsi də yayınmadı.

İki gün əvvəlcə dövlət başçısı Şahin Mustafayevi qəbul etmiş və onun uzun illər İqtisadiyyat naziri vəzifəsindəki işindən razı qaldığını, buna görə də onu Baş Nazirin müavini vəzifəsinə təyin etdiyini bildirmişdir.

Prezident İlham Əliyev söhbətində məmur vəzifəsinin, məmur kürsüsünün ucalığını yox, onun dövlət qarşısında məsuliyyət və ağırlığını diqqətə çatdırmışdır: "Bu, çox böyük vəzifədir, böyük etimaddır. Ümid edirəm ki, siz bu etimadı doğruldacaqsınız və yeni vəzifədə ölkəmizin iqtisadi inkişafının dayanıqlı olmasına öz töhfənizi verəcəksiniz”.

Bu gün Azərbaycanın iqtisadi uğurları dünyanın ən mötəbər reytinq agentlikləri tərəfindən təsdiq edilir. Ölkə üzrə ÜDM istehsalı son 15 il ərzində üç dəfədən çox artmışdır. Neft gəlirlərinin qeyri-neft sektoruna uğurla yönəldilməsi, ölkə iqtisadiyyatının şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, biznes mühitinin səviyyəsinə görə dünyada 25-ci yeri tutması, 20 ən islahatçı ölkədən biri olması gərgin əməyin və dərin islahatların bəhrəsidir.

Dövlət başçısı Baş Nazirin müavini Şahin Mustafayevin diqqətini ona yönəltdi ki, əldə edilmiş bu uğurlarla kifayətlənmək olmaz, çünki iqtisadi sahədə həllini gözləyən problemlər hələ də var: "Xüsusilə, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində hələ bir çox işlər görülməlidir. Düzdür, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə qoyulubdur. Bunun yarısı xarici sərmayədir. Ancaq bu sərmayənin də əksəriyyəti neft-qaz sektoruna qoyulan sərmayədir. Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar”.

Başqa bir problemsə, əhalinin artımı ilə sosial-iqtisadi inkişafı uzlaşdırmaqdır. Müstəqilliyimizin əvvəlindən bugünədək ölkə əhalisinin sayı təxminən 3 milyon nəfər artmışdır. Bu artımın üstünlüyü və müsbət tərəfləri olduğu qədər də ölkə iqtisadiyyatına, o cümlədən infrastruktura və sosial infrastruktura böyük yük olmasını İlham Əliyev belə izah etmişdir: "Yeni məktəblər, yeni uşaq bağçaları tikilməlidir, yeni yollar çəkilməlidir. Yolların çəkilişi üçün vaxtilə qanunsuz tikilən binalarda yaşayan vətəndaşlar köçürülməlidir. Onlara dövlət tərəfindən kompensasiya verilir. Kompensasiya onları qane etməlidir. Yəni biz bir çox xərclərlə üzləşirik”.

Dövlət başçısı sonra daha bir problemə - kölgə iqtisadiyyatına toxundu və tam açıqlığı ilə bildirdi ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini təşkil edir: "Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur”.

Prezidentin vahid qaydaların, vahid qanunların aliliyini bəyan etməsi mahiyyət etibarilə hər bir vətəndaşı, hər bir sahibkarı, hər bir dövlət məmurunu qara mühasibatçılıqdan əl götürməyə çağırış kimi qəbul edilə bilər. Əslində bu sözlərin mənəvi yükü daha çoxdur. Hər bir kəs vergisini ödəməli və qara mühasibatçılığın ölümə məhkum olunan dəhlizlərində dövlətin haqqını yeməli deyil.

Necə olur ki, alman, ingilis, ya da yapon dövlətin vergisini qəpiyinədək ödəməklə öyünür, bizdə isə kiçik sahibkarlıqla məşğul olan fiziki şəxs də, sahibkar da, gizlədilən gəliri bölməyə cəhd edən dövlət məmuru da ona əl uzatmağı adı hal sayırlar?! Bu səbəbdən dövlətçilik hisslərinin, vətəndaş mövqeyinin gücləndirilməsi üçün geniş müstəvidə ciddi maarifləndirilmə işi aparılmalıdır.

Prezident İlham Əliyevin Baş Nazirin yeni təyin olunan müavinini qəbul etməsi, onunla ətraflı söhbət etməsi, gələcək fəaliyyətini ona bənd-bənd izah etməsi və bu görüşün mətbuatda, telekanallarda yayımlanması onu göstərir ki, dövlət başçısı islahatlarda ən çətin addımları özü atır, ən vacib qərarları şəffaflıq şəraitində qəbul edir və ölkədə aparılan islahatların məqsəd və məramını geniş ictimaiyyətə çatdırır.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM