Alternative content

16:11 21 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:14 21.11.2019 Sabah qış havası olacaq
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Səhiyyə komitəsinin iclası olub
Milli Məclisin Səhiyyə komitəsinin iclası olub
ANA SƏHİFƏ / PARLAMENT
01:53 24.10.2019


Oktyabrın 23-də Milli Məclisin Səhiyyə Komitəsinin növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Komitənin sədri Əhliman Əmiraslanov iclas iştirakçılarını salamlayaraq bu qanunun qəbul edilməsinin çox aktual məsələlərdən biri olduğunu bildirib. Komitə sədri qanun layihəsinin hazırlanması üçün parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi ilə işçi qrupun yaradıldığını, qanun layihəsinin hazırlanmış ilkin variantına dair dinləmələr keçirildiyini qeyd edib. Qanun layihəsinin indiki variantında müzakirələr zamanı səsləndirilmiş bir çox təkliflər nəzərə alınıb. Bu qanun ölkəmizdə insan orqanlarının və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək.

Qanun layihəsinin birinci oxunuşu barədə məlumat verən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, transplantasiya tibbdə yeni sahə olsa da, çox sürətlə inkişaf edir. Xüsusilə son 50-60 ildə orqan transplantasiyası daha da aktuallaşıb. Təcrübə göstərir ki, insanlar transplantasiya olunmuş orqanlarla uzun illər yaşaya bilirlər.

Qeyd olunub ki, qanun layihəsi 5 fəsil, 36 maddədən ibarətdir. Layihədə insan orqanlarının donorluğu və onların transplantasiyasının təşkili və əlaqələndirilməsi, transplantasiya məqsədilə canlı donordan və meyitdən orqanların götürülməsi məsələləri öz əksini tapıb.

Müzakirələr zamanı çıxış edən komitə üzvləri İlham Məmmədov, Qənirə Paşayeva, Rafiq Məmmədhəsənov, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Səhiyyə Nazirliyinin və müvafiq qurumların mütəxəssisləri qanun layihəsini yüksək qiymətləndiriblər, layihə barədə qeyd və təkliflərini bildiriblər.

İclasda Səhiyyə komitəsinin sədr müavini, İşçi qrupun rəhbəri Musa Quliyev səsləndirilən təkliflərə münasibət bildirib.

Müzakirələrdən sonra "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM