Alternative content

09:47 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclərin vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir
Gənclərin vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:53 24.10.2019


Tovuzda vətənpərvərlik hissləri olduqca güclüdür. Məhz bunun nəticəsidir ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan bu ərazilərdə yaşayan gənclər Vətən torpağını qorumaq üçün bütün qüvvələrini səfərbər ediblər.

Lakin Ermənistanla 69 kilometr həmsərhəd olan bu rayonda təhlükə sovuşmayıb. Düşmən öz mövqelərindən bu ərazidə yerləşən kəndlərimizi tez-tez atəşə tutur, əhalini qorxu altında saxlayır. Onlara layiqli cavab verən qüdrətli ordumuzun əsgərləri düşmənin bu təxribatlarının qarşısını alaraq sarsıdıcı zərbələr vururlar.

Müharibənin nə olduğunu yaxşı dərk edən tovuzlu gənclər işğal altında olan torpaqlarımızın azad edilməsini özlərinin vətəndaşlıq borcu hesab edirlər. Elə bu məqsədlə hər il onlarla gənc respublikamızın müxtəlif hərbi məktəblərinə daxil olmaqla bu peşənin sirlərini böyük həvəslə mənimsəyirlər. Təkcə son illər 636 nəfər tovuzlu gənc hərbi məktəblərə daxil olaraq Milli Orduda xidmət etmələri ilə qürur duyurlar. Cari ildə də belə məzunların sayında artım qeydə alınmışdır. Belə ki, 27 nəfər ali hərbi məktəbə, 8 nəfər isə hərbi liseyə daxil olmuşdur.

Bu barədə Tovuzda "Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda təşkil edilən konfransda daha geniş söhbət açılmışdır. Tovuz Rayon İcra Hakimiyyətinin və respublika Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransdan əvvəl iştirakçılar Heydər Əliyev adına meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq dahi rəhbərə ehtiramlarını bildirmişlər. Tovuz Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbir Dövlət himninin səsləndirilməsi və "Ulu Öndər” sənədli filminin nümayişi ilə davam etdirilmişdir.

Konfransı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq diqqətə çatdırmışdır ki, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı gənclər siyasətinin məntiqi nəticəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılmışdır. Hazırda gənclərimiz cəmiyyətimizin ən fəal qurucularına çevrilmişlər. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası gələcəyimiz olan gəncləri ölkəmizin inkişafında fəallıq göstərməyə səfərbər etmişdir. Bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində uğurlu göstəricilərə nail olunmuşdur.

Konfransda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev və başqaları çıxış edərək dövlətçiliyimizin gələcəyinin etibarlı təminatının sağlam gənclik yetişdirməkdən asılı olduğunu qeyd etmiş, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının milli birlik yaratdığından və ölkənin inkişafında gənclərin rolundan danışmışlar. Qeyd etmişlər ki, bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində cəmiyyətin hər bir üzvünün üzərinə çox mühüm vəzifələr düşür.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM