Alternative content

12:33 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hesablama Palatası ECOSAI təşkilatının idarə heyətinə yenidən üzv seçilib
Hesablama Palatası ECOSAI təşkilatının idarə heyətinə yenidən üzv seçilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:48 24.10.2019


Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti İstanbulda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) 8-ci Assambleyası, idarə heyətinin 24-cü və Təlim Komitəsinin 19-cu toplantısında və "Səmərəli audit və audit nəticələrinin effektivliyi” mövzusunda 8-ci simpoziumda iştirak edib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ECOSAI-ın və Türkiyə Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet ali audit qurumlarının (AAQ) həyata keçirdiyi fəaliyyətlərin tarixindən və əhəmiyyətindən bəhs edib. Qəbul edilmiş gündəliyə əsasən Pakistan AAQ-ı tərəfindən ECOSAI-ın baş katibinin 3 illik fəaliyyət hesabatı və 2018-ci il dekabrın 31-nə ECOSAI-ın hesabları barədə məlumat təqdim edilib. Daha sonra təşkilatın Təlim Komitəsinin 19-cu toplantısının iştirakçılarının hesabatı, ECOSAI-ın xəbər bülleteninin nəşri haqqında baş katibliyin məlumatı dinlənilib, təşkilatın Ali Audit Qurumlarının Avropa Təşkilatında (ASOSAI) müşahidəçi qismində təmsil olunması barədə məlumat, üzv AAQ-lar arasında imzalanmış anlaşma memorandumları haqqında, eləcə də AAQ-ların ECOSAI-a müşahidəçi üzv qismində qəbul edilməsi məsələləri barədə müzakirələr aparılıb və ECOSAI-ın 2019-2022-ci illər üzrə Təlim Planı qəbul olunub.

Yekun olaraq, ECOSAI-ın idarə heyəti qeyd edilən hesabatların müzakirəsi və qəbul olunması üçün onların ECOSAI-ın 8-ci Assambleyasına çıxarılmasını qərara alıb.

ECOSAI-ın 8-ci Assambleyası və simpoziumunda açılış nitqi ilə çıxış edən ECOSAI-ın və Türkiyə Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet Qətər, Küveyt və Belarus AAQ-larının budəfəki tədbirdə müşahidəçi statusunda iştirakını xüsusi vurğulayıb. Toplantının qəbul edilmiş gündəliyinə əsasən ECOSAI-ın Baş Katibinin maliyyə və fəaliyyət hesabatları dinlənilib. Bundan əlavə, ECOSAI-ın alt-qurumları təlim və audit komitələrinin hesabatları təqdim edilərək qəbul edilib. 8-ci Assambleyanın əsas nəticələrindən biri də ECOSAI-ın Nizamnaməsində müşahidəçi statusunda üzvlərin qəbulu ilə bağlı dəyişikliyin edilməsi olub. Tədbirdə, həmçinin ECOSAI təşkilatının özünün Asiya regionuna aid AAQ-ları birləşdirən ASOSAI-a müşahidəçi statusunda qəbul olunması elan edilib.

Assambleyada Hesablama Palatası yenidən ECOSAI-ın idarə heyətinə üzv seçilib. ECOSAI-ın növbəti assambleyasının isə 3 illik müddətə 2019-2022-ci illər üzrə bu təşkilatın prezidenti seçilmiş Qazaxıstan AAQ-ının təşkilatçılığı ilə Nur-Sultanda keçirilməsi nəzərdə tutulub.

Tədbirlər sırasında sonuncu olan simpoziumda Pakistan, Türkiyə, Belarus, Qazaxıstan, Küveyt AAQ-ları ilə yanaşı Atatürk Universitetinin və akademik dairələrinin digər təmsilçiləri çıxış edib və qarşılıqlı müzakirələr aparıblar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM