Alternative content

16:10 21 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:14 21.11.2019 Sabah qış havası olacaq
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Suriyada uzunmüddətli sabitlik naminə mühüm addım
Suriyada uzunmüddətli sabitlik naminə mühüm addım
ANA SƏHİFƏ / DÜNYA
01:45 24.10.2019


"Sülh bulağı” əməliyyatını davam etdirməyə ehtiyac qalmadı


Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin srağagün Soçidə apardıqları danışıqların yekunu olaraq əldə edilmiş razılaşmalar Suriyada vəziyyətin uzunmüddətli sabitləşdirilməsi istiqamətində atılmış mühüm addım kimi tarixə düşmüşdür. İki dövlət ərəb ölkəsində münaqişənin siyasi vasitələrlə tənzimlənməsi prosesinin qarantı kimi, bu dəfə də tarixi məsuliyyət nümayiş etdirərək hazırkı mərhələdə qarşıya çıxmış problemlərə həssas yanaşıb, həm Türkiyəni, həm Rusiyanı, həm də Dəməşqi qane edən sazişə gəldi.

Əslində, Suriyada hadisələrin gələcək inkişafını müəyyənləşdirən proses Türkiyə Silahlı Qüvvələrinin oktyabrın 9-da Suriyanın şimal-şərqində "Sülh bulağı” antiterror əməliyyatının start götürməsi ilə başlamışdı. Əməliyyatın gedişində Türkiyənin təhlükəsizliyini təhdid edən YPG, İŞİD və digər terrorçu təşkilatları zərərsizləşdirib, Türkiyə-Suriya sərhədi boyunca terror dəhlizinin yaranmasının qarşısını almaq, terrorçulardan təmizlənən ərazidə təhlükəsizlik zonası yaradıb Türkiyədə məskunlaşmış suriyalı qaçqınların bir hissəsini orada yerləşdirmək planlaşdırılırdı. Təhlükəsizlik zonasını Türkiyə-Suriya sərhədinin 440 kilometri boyunca 30 kilometr dərinlikdə yaratmaq nəzərdə tutulurdu.

"Sülh bulağı” start götürdükdən doqquz gün sonra ABŞ vəziyyətə müdaxilə edərək antiterror əməliyyatını dayandırmaq üçün təşəbbüslə çıxış etdi. Oktyabrın 17-də ABŞ-ın vitse-prezidenti Mayk Pensin başçılıq etdiyi nümayəndə heyəti Ankarada Türkiyə rəhbərliyi ilə danışıqlar apararaq Suriyanın şimal-şərqində atəşi beş gün müddətinə dayandırmaq barədə sazişə gəldilər. Sazişə uyğun olaraq, terrorçular yaradılması nəzərdə tutulan təhlükəsizlik zonasından çıxarılacaq, onların ağır silahları yığılacaq, istehkamları və atəş mövqeləri yararsız hala gətiriləcək. Eyni zamanda ABŞ Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması ideyasını qəbul etmiş, Suriyanın ərazi bütövlüyünün təmin olunmasını vacib saymışdır. Dünən həm Ankara, həm də Vaşinqton bəyan etmişdir ki, Türkiyə paytaxtında əldə olunmuş razılaşmalar yerinə yetirilmiş və beləliklə, "Sülh bulağı” əməliyyatının davam etdirilməsinə ehtiyac qalmamışdır.

Srağagün axşam Soçidə Suriyanın şimal-şərqində vəziyyətlə əlaqədar "Rusiya Federasiyası və Türkiyə Respublikası arasında qarşılıqlı anlaşma haqqında memorandum”un əldə edilməsi Türkiyə-ABŞ sazişini tamamladı, ərəb ölkəsinin sözügedən bölgəsində möhkəm sabitliyin bərqərar olmasına zəmin yaratdı. 10 maddədən ibarət memorandum istər Suriyanın gələcəyi, istərsə də Türkiyənin cənub sərhədinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı prinsipial müddəaları ehtiva edir. Sənədin ilk maddəsində deyilir ki, Moskva və Ankara Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasına, həmçinin Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına sadiqliyini təsdiqləyir. Bu konteksdə tərəflər terrorizmin bütün formaları ilə mübarizə aparmaq və Suriya ərazisində separatizm cəhdlərinin qarşısını almaq əzmindədirlər. Eyni zamanda Moskva və Ankara Türkiyə ilə Suriya arasında terrorizmlə mübarizə haqqında 1998-ci il tarixli Adana sazişinin əhəmiyyətini təsdiqləyir, Rusiya sazişin müasir şəraitdə həyata keçirilməsinə yardımçı olacaq. Yeri gəlmişkən, Adana sazişi Türkiyənin Suriya ərazisində terrorizmlə mübarizə aparmasına imkan verir.

"Sülh bulağı” əməliyyatının hazırda əhatə etdiyi rayona gəlincə, Təl-Əbyad və Rəəs əl-Eyn şəhərləri arasındakı 32 kilometr dərinliyinədək ərazidə status-kvo qorunub saxlanacaq. Başqa sözlə, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-dan bəri tutduğu mövqelərdə qalacaq.

Memoranduma uyğun olaraq dünən Bakı vaxtilə saat 13.00-dan etibarən Rusiya hərbi polisinin və Suriya sərhəd xidməti bölmələrinin "Sülh bulağı” əməliyyatı zonasından kənarda Suriya-Türkiyə sərhədinin Suriya tərəfinə daxil olması nəzərdə tutulur. Rusiyalı hərbi polislər və suriyalı sərhədçilər 150 saat ərzində YPG terrorçularının silahları ilə birlikdə Suriya-Türkiyə sərhədindən 30 kilometr kənara çıxmasını təmin edəcəklər. Bundan sonra "Sülh bulağı” əməliyyatı rayonundan şərq və qərbdə (Qamışlı şəhəri istisna olmaqla) sərhəddən 10 kilometr dərinlikdə birgə Rusiya-Türkiyə patrulu fəaliyyətə başlayacaq.

Üstəlik, YPG-lilər silahları ilə birlikdə "Sülh bulağı” əməliyyatı rayonundan kənarda yerləşən Mənbic və Təl-Rifət şəhərlərindən çıxarılacaq. Moskva və Ankara terrorçuların təhlükəsizlik zonasına girməsinin qarşısını almaq üçün lazımi tədbirlər görəcək. Xatırladaq ki, "Sülh bulağı” əməliyyatı başlamazdan əvvəl Mənbic və Təl-Rifətə ABŞ hərbçilərinin dəstəyi ilə YPG nəzarət edirdi. Amerikalılar bu iki yaşayış məntəqəsindən çıxan kimi onların yerini rusiyalı hərbçilər və Suriya hökumət qoşunları tutmuşlar. Özü də Suriya münaqişəsi başlamazdan əvvəl əsasən ərəblərin yaşadığı Mənbic və Təl-Rifət etnik təmizləməyə və terrorçuların zülmünə məruz qalmışdır. Əvvəlcə İŞİD, sonra isə YPG sözügedən yaşayış məntəqələrində xeyli yerli sakini yurd-yuvalarından didərgin salmışdır. İndi onların ev-eşiklərinə qayıtması üçün imkan yaranır.

Rusiya-Türkiyə memorandumunda Türkiyədə məskunlaşmış suriyalı qaçqınların vətənə dönməsi məsələsi də əksini tapmışdır. Moskva və Ankara qaçqınların təhlükəsiz və könüllü şəkildə qayıtmasına kömək etmək üçün birgə səylər göstərəcək. Əldə olan məlumata görə, qaçqınların qayıdışını təmin etmək üçün ayrıca qurum yaradılacaq.

Türkiyə və Rusiya liderləri Soçi danışıqlarının gedişində Suriya münaqişəsinin siyasi vasitələrlə nizamlanması perspektivlərinə toxunmuşlar. Memorandumda deyilir ki, hər iki tərəf bu məqsədlə Astana platforması çərçivəsində problemin həlli yolunu axtarıb tapmağa çalışacaq, Suriya Konstitusiya Komitəsinin fəaliyyətini dəstəkləyəcək. Türkiyə Prezidenti məlumat vermişdir ki, ötən ayın 16-da Ankarada keçirilmiş Türkiyə-İran-Rusiya üçtərəfli sammitində yaradılmış Konstitusiya Komitəsi ilk iclasına cari ayın 30-da toplaşacaq. O, ümidvar olduğunu bildirmişdir ki, Konstitusiya Komitəsi suriyalıların ədalətli gözləntilərini nəzərə alaraq ölkədə hərtərəfli siyasi tənzimləmə prosesinə yol açacaq.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM