Alternative content

09:44 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib
Bakıda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
22:06 23.10.2019

Bakıda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov Fələstin Dövlətinə artan beynəlxalq dəstəyin məmnunluq doğurduğunu bildirərək deyib: "Fələstin xalqına sülh, sabitlik və dayanıqlı inkişaf uğrunda apardığı mübarizədə Azərbaycanın hərtərəfli dəstəyini bir daha bildirmək istərdim. Azərbaycan ardıcıl qaydada İsrail-Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüdsdə olmaqla, iki dövlət modelinə əsasən həllinin tərəfdarıdır. Bir neçə il əvvəl Azərbaycanda Fələstin Dövlətinə kömək məqsədilə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək üzrə donor konfransı keçirildi. 2017-ci ilin iyul ayında Azərbaycanda Qüds məsələsinə dair BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsi üzrə Komitəsi, BMT-nin Humanitar məsələlər üzrə Əlaqələndirmə Ofisi, İƏT və müxtəlif digər hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə beynəlxalq konfrans təşkil olundu. Konfrans Şərqi Qüdsün işğalı və Əl-Əqsa məscidində ibadət edən möminlərə qoyulan məhdudiyyətləri pisləyən bir bəyanat qəbul etdi. Bu gün də, həmişə olduğu kimi, Fələstin xalqının yanındayıq.

2018-ci ilin noyabr ayında Fələstin rəhbərliyinin xahişi ilə Azərbaycan Fələstin Dövlətinin Asiyadakı səfirlərinin konfransına ev sahibliyi etdi”.

2018-ci ilin aprelində Qoşulmama Hərəkatı (QH) Troykası qaydasında Azərbaycanda "Davamlı inkişaf üçün beynəlxalq sülh və təhlükəsizliyin təşviqi” adlı 18-ci Aralıq Nazirlər Toplantısı keçirildiyini xatırladan nazir bildirib ki, bu tədbir çərçivəsində QH Nazirlər Komitəsinin Fələstin üzrə iclası təşkil edildi. Yekun Bakı Bəyannaməsində pozuntulara tam son qoyulması üçün ciddi, kollektiv səy göstərməyə çağırışlar təkrarlandı.

"Azərbaycan Respublikası həmişə çətin günlərdə Fələstin xalqını dəstəkləyir və İslam həmrəyliyinə sadiqdir. Bu dəstəyin bariz nümunəsi kimi, 2018-ci ilin oktyabr ayında BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınları üçün yardım və iş Agentliyinə (UNRWA) 200 000 ABŞ dolları ayırmasıdır.

Biz, Azərbaycanda Fələstin xalqının əziyyətlərini yaxşı başa düşürük, çünki Azərbaycan xalqı da qonşu Ermənistan tərəfindən torpaqlarımızın işğalından əziyyət çəkir. Buna görə Fələstin xalqına dəstəyimiz qəlbdən gəlir”,- deyə nazir vurğulayıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM