23 Oktyabr 2019 17:01
652
DÜNYA
A- A+

İndoneziya Prezidenti yeni hökumətin tərkibini açıqladı


İndoneziya Prezidenti Coko Vidodo 34 nazirdən ibarət hökumətin tərkibini açıqlamışdır. Yeni Nazirlər Kabinetinin səlahiyyətləri 2024-cü ildə bitəcək. Bu barədə TRT telekanalı xəbər verir.

Məlumata görə, ötən prezident seçkilərində Vidodonun əsas rəqibi olmuş müxalifətçi "Gerindra” partiyasının sədri Prabovo Subianto Müdafiə naziri təyin edilmişdir.

Milli polisin rəisi Tito Karnavyan Daxili İşlər naziri, istefada olan general Fəxrul Razi Dini İşlər naziri, sahibkar, "Gojek” mobil əlavəsinin yaradıcısı Nadim Məkərim Təhsil və Mədəniyyət naziri təyin olunmuşlar.

Hökumətin tərkibinə 18 yeni nazir daxil edilmişdir.

İndoneziyada ümumxalq seçkiləri aprelin 17-də keçirilmişdir. Ölkə vətəndaşları Prezidenti və ölkənin iki palatasının deputatlarını seçmişdilər. Ölkənin hazırkı Prezidenti Coko Vidodo seçkilərdə qələbə qazanmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video