23 Oktyabr 2019 16:59
516
DÜNYA
A- A+

Çili Prezidenti etirazlar fonunda sosial dəstək tədbirləri elan etdi


Çilidə ötən həftədən bəri davam edən etirazlar və iştişaşlarla bağlı vəziyyəti tənzimləmək məqsədilə hökumət Konqresə (parlament) baxılmaq üçün bir sıra sosial dəstək tədbiri göndərəcək. Bu barədə ölkə Prezidenti Sebastyan Pinyera məlumat vermişdir.
Prezidentin dediyinə görə, tədbirlər paketinə pensiyaların artırılması, elektrik enerjisi tariflərinin aşağı salınması, müalicə xərclərinin qismən ödənilməsi, dərman qiymətlərinin azaldılması və təminatlı minimal gəlirin təyin olunması daxildir.
Bundan əlavə, hökumət parlamentə yüksək gəlirli şəxslər üçün vergilərin qaldırılması haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Pinyeranın dediyinə görə, bu tədbir büdcəyə vergi daxilolmalarını artırmağa və sosial proqramı maliyyələşdirməyə imkan verəcək.
Xatırladaq ki, iğtişaşlara və polislə toqquşmalara gətirib çıxarmış etirazlar oktyabrın 14-də, metroda gedişin qiyməti artırıldıqdan sonra paytaxt Santyaqoda başlamışdır. Sonradan iğtişaşlar ölkənin digər şəhərlərini də bürümüşdür.
Yaranmış vəziyyətlə əlaqədar Pinyera paytaxtda və bir sıra digər şəhərlərdə fövqəladə vəziyyət elan etmiş, habelə ictimai nəqliyyatda gedişin qiymətlərin artırılmasını ləğv edən qərar qəbul etmişdir.
Hökumətin məlumatına əsasən, iğtişaşlar zamanı 15 nəfər həlak olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video