23 Oktyabr 2019 16:26
1507
Səhiyyə
A- A+

Yaddaşın möhkəmləndirilməsi üçün şirələr


Həddən artıq yüklənmələr, yüksək stress və yaşlanma – bütün bunlar bizim yaddaşımızı zəiflədir. Xoşbəxtlikdən elə içkilər var ki, onlar bu prosesi ləngitməyə imkan verir.

AZƏRTAC tibb saytlarına istinadla bu şirələr haqqında söhbət açır.

Kök şirəsi. Kökü yalnız salat və şorbalara qatmaqla ondan istifadəni məhdudlaşdırmaq lazım deyil. Bu tərəvəzin tərkibində olan beta-karotin yaddaş üçün çox faydalıdır. Bu oksidant iltihabdan müdafiə edir və intellekti möhkəmlətməyə şərait yaradır. Bundan başqa, kök şirəsi təbiətinə görə şirindir, gün ərzində 1-2 stəkan içmək sizə xoş gələr.

Tomat şirəsi. Tomat dünyanın bir sıra milli mətbəxində əsas inqrediyentlərdəndir. Pomidorun tərkibində beyin hüceyrələrini müdafiə edən antioksidant – likopin mövcuddur. O, həmçinin arterial təzyiqi aşağı salır, dərinin sağlamlığını və parlaqlığını qoruyub saxlayır. Nəhayət, pomidor A və C vitaminlərinin zəngin mənbəyidir.

Nar şirəsi. Beyin hüceyrələrinin fəaliyyəti üçün oksigen və nutriyentlər (qida maddələri) tələb olunur. Nar şirəsi qan dövranının yaxşılaşmasına və beynin qanla təminatına şərait yaradır. Deməli, bir stəkan nar şirəsi çox faydalıdır.

Çuğundur şirəsi. Bu şirə də oksigen və nutriyentlərlə zəngin qanın beyinə ötürülməsini təmin edir. Bundan başqa, çuğundur şirəsi tərkibindəki azot oksidləri sayəsində beyni yaxşı vəziyyətdə saxlayır və yaddaşı möhkəmləndirir. Həmçinin arterial təzyiqi azaldır.

Giləmeyvəli smuzi. Müxtəlif giləmeyvələrin tərkibində faydalı komponentlər mövcuddur. Bunlar həm də smuzi üçün çox dadlı komponentlərdir. Bu içkini hazırlayarkən bir dəfəyə giləmeyvənin bir neçə növündən istifadə edin.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video