Alternative content

19:14 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə Suriyada hərbi əməliyyatın dayandırıldığını elan edib
Türkiyə Suriyada hərbi əməliyyatın dayandırıldığını elan edib
ANA SƏHİFƏ / DÜNYA
15:07 23.10.2019

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyanın şimalında aparılan "Sülh çeşməsi” əməliyyatının dayandırıldığını bildirib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bununla yanaşı, Çavuşoğlu əməliyyatın bitmədiyini və lazım gələrsə ordunun terrorçulara zərbə vurmağa hazır olduğunu qeyd edib.

"Əgər terrorçular peyda olsa, ordumuz onlarla döyüşəcək. Silah, mina və tələlər qalıb – onları təmizləmək lazımdır. Hələ görüləcək çox işlər var. Bu səbəbdən meydanda qalacağıq”, - deyə Xarici İşlər naziri agentliyə müsahibəsində bildirib.

Qeyd edək ki, oktyabrın 22-də Ankara və Moskva arasında memorandum imzalanıb. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Soçi şəhərində altı saatlıq danışıqların yekununda Suriya Ərəb Respublikasının vahidliyinin və ərazi bütövlüyünün, Türkiyənin milli təhlükəsizliyinin tərəfdarı olduqlarını təsdiqləyib, həmçinin Ədən sazişini dəstəklədiklərini bildiriblər.

Sənədə əsasən, Tell-Abyad və Ras-əl-Ayn şəhərləri arasında hazırkı əməliyyat rayonunda 32 kilometr dərinlikdə status-kvo vəziyyəti saxlanılır. Oktyabrın 23-ü günortadan başlayaraq Türkiyənin keçirdiyi əməliyyat xaricindəki zonaya Bəşər Əsədə sadiq qüvvələr və Rusiyanın hərbi polisi daxil olur. Onlar 150 saat ərzində Suriyadakı kürd separatçılarının və silahlarının sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə dəstək verir. Bundan sonra Qamışlı şəhəri istisna olmaqla sərhəddən on kilometr dərinlikdə "Sülh çeşməsi” əməliyyatı rayonunun qərbində və şərqində Türkiyə və Rusiya hərbçilərinin birgə patrulu başlayır.

Eyni zamanda, kürd silahlıları Mənbic və Tell-Rifat şəhərlərindən çıxarılır.

Həmçinin memorandumun şərtlərinə əsasən, Ankara və Moskva terrorçuların Suriya-Türkiyə sərhədini keçməsinin qarşısını almaq üçün tədbirlər görəcək və qaçqınların könüllü olaraq geri qaytarılmasını təşkil edəcək. Bundan başqa, Türkiyə və Rusiya Suriya üzrə memorandumun icrasını müşahidə edəcək birgə mexanizmin qurulması barədə də razılığa gəlib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM