23 Oktyabr 2019 13:16
753
CƏMİYYƏT
A- A+

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Goranboyda vətəndaş qəbulu keçirib


Ölkə başçısının tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov oktyabrın 23-ü Goranboy rayonunda vətəndaşları qəbul edib.

Komitədən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Mərkəzində keçirilən və struktur bölmələrin nümayəndələrinin də iştirak etdiyi qəbulda rayon sakinləri tərəfindən komitənin fəaliyyət istiqamətləri ilə bağlı müxtəlif müraciətlər səsləndirilib. Sədr müavininə ünvanlanan müraciətlər əsasən, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, kadastr və ünvan məsələləri ilə bağlı olub. Eyni zamanda, qəbulda iştirak edən vətəndaşlar hərraclar, dövlət əmlakının icarəyə verilməsi, torpaqların texniki parametrlərinin müəyyən edilməsi və komitənin fəaliyyət istiqamətləri üzrə digər məsələlər ilə bağlı müraciət ediblər.

Sədr müavini qəbul iştirakçıları tərəfindən səsləndirilən hər bir müraciət və təklifləri diqqətlə dinləyib. Bəzi məsələlər elə qəbul zamanı öz müsbət həllini tapıb. Digər müraciətlərin isə həlli ilə bağlı müvafiq struktur bölmələrin nümayəndələrinə tapşırıqlar verilib.

Qəbulda Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətindəki yeniliklər barədə vətəndaşlara məlumat verilib, göstərilən xidmətlərlə bağlı iştirakçıların təklifləri dinlənilib. Vətəndaş müraciətlərinin həllinə yönəlmiş qəbullar bölgələrdə növbəti aylarda da davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video