Alternative content

05:18 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
ANA SƏHİFƏ / SİYASƏT
12:47 23.10.2019

AZƏRTAC və Malayziyanın Bernama milli informasiya agentliyi arasında əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

Bakıda səfərdə olan Bernama agentliyinin beynəlxalq informasiya departamentinin redaktoru Racminakan Raviçandran AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşüb.

Danışıqlar ikitərəfli əməkdaşlıq, beynəlxalq informasiya təşkilatlarında qarşılıqlı əlaqə, müasir mediadakı trendlərin agentliklərin fəaliyyətinə təsirləri kimi mövzuları əhatə edib. İki agentlik əməkdaşlıq haqqında sazişi 2014-cü ildə Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində imzalayıblar. Bernama AZƏRTAC-ın hazırda sədri olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin üzvüdür. Bu agentliklərin OANA çərçivəsində əməkdaşlıq əlaqələri 2004-cü ildən başlayır.

Görüşdə, həmçinin multimedia məhsulları və xəbər istehsalı, sosial şəbəkələrin agentliklərin fəaliyyətinə təsiri məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, videoxəbər müasir dövrdə önəmli informasiya növü olmaqla sosial şəbəkələr vasitəsilə sürətlə yayılaraq böyük auditoriya toplayır. AZƏRTAC da bu sahəyə böyük diqqət ayırır. Multimedia məhsullarının istehsalına 2011-ci ildə başlayan agentlik hazırda öz veb-resursları və sosial şəbəkələr vasitəsilə 5 dildə videoxəbər yayır. Bernama agentliyi videoxəbər istehsalı və satışı hesabına yeni müştərilər cəlb etmək niyyətindədir. Racminakan Raviçandran AZƏRTAC-ın bu sahədəki təcrübəsi ilə maraqlanıb.

Danışıqlar zamanı oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə Görüşünün işıqlandırılması məsələləri də diqqət mərkəzində olub. Qeyd edilib ki, AZƏRTAC və Bernama bu önəmli tədbirdən xəbərlərin hazırlanması və yayılmasına ciddi hazırlaşıb.

Görüşdə Azərbaycanın Malayziyadakı səfirliyinin birinci katibi Rafiq Rüstəmov iştirak edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM