Alternative content

05:16 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda siyasi motivli həbslərə etirazlar güclənir
Ermənistanda siyasi motivli həbslərə etirazlar güclənir
ANA SƏHİFƏ / DÜNYA
12:46 23.10.2019

Ermənistanda hökumətin qanunsuz və siyasi motivli həbslərinə qarşı ictimai etirazlar artır. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bununla bağlı Ermənistanın söz azadlığının qorunması Komitəsinin sədri Aşot Melkonyan keçirdiyi mətbuat konfransında sərt bəyanat verib.

Melkonyan bildirib ki, Paşinyan hökuməti üçün "münasib olmayan şəxslərdən biri – parlament aparatının sabiq sədri Arsen Babayanın həbs olunması siyasi motivlidir” O qeyd edib ki, hüquqşünaslar, hüquq müdafiəçiləri də bunu təsdiq edirlər. Eyni zamanda, Melkonyanın sözlərinə görə, "məxməri inqilab”dan sonra siyasi qərarla həyata keçirilən həbslər ölkədə söz və ifadə azadlığının pozulmasıdır, çünki hökumət yadfikirli insanlara qarşı hədsiz dözümsüzlük nümayiş etdirir.

Hüquq-mühafizə orqanlarının "Yerevan today” qəzetinin redaksiyasında axtarış aparmasını və oradakı texnikanı müsadirə etməsini şərh edən Melkonyan bildirib ki, son on ildə ölkə tarixində mətbuat azadlığının bu cür kobud pozulması halı baş verməyib. "Ermənistanın hüquq müdafiəçiləri bu faktla bağlı İstintaq Komitəsinə sorğu göndəriblər və biz hakimiyyətdən məsələyə münasibət bildirməsini tələb edirik”, -deyə komitə sədri vurğulayıb. O əlavə edib ki, bundan əvvəl hüquq-mühafizə orqanlarından verilən cavabda heç bir konkret fakt göstərilmir və bu, KİV-ə təzyiq kimi qiymətləndirilməlidir.

Paşinyan hökuməti özünə rəqib hesab etdiyi digər yüksəkvəzifəli şəxs – Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və onun ailə üzvlərinə qarşı siyasi təqibi də davam etdirir. Jurnalist Anjela Tovmasyanın ofisinə basqından sonra hüquq-mühafizə orqanları indi də məhkəmə sədrinin müavinlərinə qarşı saxtakarlıq maddəsi ilə ittiham irəli sürüblər. Digər tərəfdən, hökumət sabiq prezidenti Robert Koçaryana qarşı ifadə verməkdən imtina edən Dövlət Mühafizə Xidmətinin rəisi Qriqori Ayrapetovu da işdən çıxarıb və onun haqqında cinayət işinin qaldırılacağı da istisna olunmur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM