23 Oktyabr 2019 11:42
523
İQTİSADİYYAT
A- A+

Azərbaycan nümayəndə heyəti Çində kənd təsərrüfatı sərgisində iştirak edib


Çinin Şensi əyalətinin və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) birgə təşkilatçılığı ilə Yanlin şəhərində kənd təsərrüfatı sahəsində yeni yüksək texnologiyalara həsr olunmuş sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, artıq 26-cı dəfə keçirilən sərgi kənd təsərrüfatı sahəsində əldə edilmiş yeni nailiyyətlərin, xüsusilə yüksək texnologiyaların nümayişi, habelə təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün əlverişli platforma rolunu oynayır. Tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

E.Zeynalov sərgi çərçivəsində təşkil edilən "Şanxay Əməkdaşlıq Təşkilatının müasir kənd təsərrüfatının inkişafı üzrə dəyirmi masası” adlı tədbirdə çıxış edərək Azərbaycanın istər Çin, istərsə də ŞƏT ilə əməkdaşlıq əlaqələrinin inkişafına və gücləndirilməsinə verdiyi önəmi vurğulayıb, münasibətlərin hazırkı vəziyyəti, inkişaf perspektivləri barədə ətraflı məlumat verib.

Tədbirdə ŞƏT ailəsinin üzvü olan 14 ölkənin nümayəndəsi məruzələrlə çıxış edib, kənd təsərrüfatında müasir texnologiyalar, rəqəmsallaşdırma, əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi və gücləndirilməsi, habelə bu sahədə kadr hazırlığı, məlumat mübadilə mərkəzlərinin yaradılması və digər məsələlərlə bağlı fikirlərini səsləndiriblər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyət "Ağıllı kənd təsərrüfatı" adlı nümayiş zonasında sözügedən sahədə əldə edilmiş nailiyyətlərlə əyani tanış olub.

Tədbir iştirakçıları kənd təsərrüfatı texnologiyaları sahəsində beynəlxalq mübadilə və hazırlıq üzrə nümayiş mərkəzinin təməlqoyma mərasimində, həmçinin Müasir Kənd Təsərrüfatı Beynəlxalq Əməkdaşlıq Bazasının açılışında iştirak ediblər.

Ümumilikdə, tədbirdə ŞƏT-in üzvü, müşahidəçisi və "Dialoq üzrə tərəfdaş"ı olan dövlətlərin kənd təsərrüfatı nazirliklərinin rəhbər şəxsləri, eyni zamanda, Çində akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, eləcə də Yaxın Şərq, Afrika və Avropanın bir neçə ölkəsinin və şirkətlərinin nümayəndələri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video