TANAP indiyədək Türkiyəyə 2,7 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib
13 ildir Gürcüstana və Türkiyəyə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından çıxarılan mavi yanacaq ixrac edilir. Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan qazını ölkəmizin və Gürcüstanın ərazisindən keçirərək Türkiyə sərhədinə çatdırır.
Gürcüstan-Türkiyə sərhədində CQBK-ya daha bir xətt birləşir və qaz onun vasitəsilə Ərzurumadək nəql olunur. Səngəçaldan Ərzurumadək uzanan bu ixrac marşrutu Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır.
"Cənub qaz dəhlizi”nin mühüm hissəsi olan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilərək Türkiyəyə "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı da ixrac edir. Beləliklə, indi Türkiyə Azərbaycandan həm BTƏ kəmərinin daşıdığı, həm də TANAP-ın genişləndirilmiş CQBK-dan qəbul etdiyi "Şahdəniz” qazını alır.
TANAP-la Türkiyəyə ilk qazın nəqli planlaşdırıldığı kimi 2018-ci il iyunun 30-da başlayıb. TANAP-ın baş direktoru Saltuk Düzyolun verdiyi məlumata görə, cari ilin sentyabr ayının sonuna qədər bu kəmərlə Türkiyəyə 2,7 milyard kubmetr qaz daşınıb.
"Şahdəniz-2”dən çıxarılacaq illik 16 milyard kubmetr qazın 6 milyard kubmetrinin Türkiyəyə, 10 milyard kubmetrinin Avropa ölkələrinə ixrac olunacağı planlaşdırılıb. Cari ildə TANAP-la qardaş ölkəyə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.
TANAP bu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazını Avropaya ötürmək üçün də hazır vəziyyətə gətirilib.
Kəmərin səhmlərinin 51 faizi "Cənub qaz dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi "Botaş”a, 12 faizi BP şirkətinə məxsusdur.
S.Düzyolun verdiyi məlumata görə, səhmdarlar bu kəmərin işlənilməsindən illik 1,45 milyard dollar həcmində gəlir əldə edəcəklər. Bu gəlirin 58 faizi Azərbaycanın payına düşəcək. TANAP-ın baş direktoru həmçinin bildirib ki, ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində 45 faiz qənaətə nail olunub. Layihəyə 6,5 milyard dollar sərmayə yatırılıb.
Xatırladaq ki, TANAP üzrə Hökumətlərarası Sazişi 2012-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalayıblar. Layihənin həyata keçirilməsi üçün verilən start uğurla gerçəkləşdirilən mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik işləri ilə davam etdirilib. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda kəmərin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın prezidentləri iştirak ediblər.
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ı "Cənub qaz dəhlizi”nin onurğa sütunu adlandırıb və onun vaxtında istifadəyə verilməsinin vacib olduğunu vurğulayıb.
Belə ki, TANAP "Cənub qaz dəhlizi”ni yaradan üç kəmərin ən böyüyüdür. TANAP Türkiyənin 20 vilayətindən, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan vilayətlərindən keçir. Türkiyə-Yunanıstan sərhədindəki Kipoi məntəqəsində dəhlizin gələn il istifadəyə veriləcək son hissəsinə - TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur. Bir tərəfdən CQBK-ya, digər tərəfdən TAP-a bağlandığı üçün TANAP-ı "Cənub qaz dəhlizi”nin "birləşdirici halqası” da adlandırırlar.
Bu il Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində Prezident İlham Əliyev demişdir: "2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi "Cənub qaz dəhlizi”nin önəmli hissəsidir. Keçən il - düz bir il bundan əvvəl mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılışı olmuşdur. Beləliklə, bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Bildiyiniz kimi, "Cənub qaz dəhlizi” dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşıb, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını dünya bazarlarına daha böyük həcmdə ixrac etməyə başlamışdır”.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!