Milli Məclisin Sədri Oqtay Əsədov Yaponiya İmperatoru Naruhitonun rəsmi taxtaçıxma mərasimində iştirak edib
Oktyabrın 22-də Yaponiya İmperatoru Naruhito ölkə konstitusiyasına və İmperator evinin qanunlarına uyğun olaraq rəsmi şəkildə taxta çıxdığını elan edib. AZƏRTAC xəbər verir ki, monarx bu barədə Tokionun mərkəzində yerləşən İmperator sarayında keçirilən rəsmi taxtaçıxma mərasimi zamanı bəyan edib.
"Mən konstitusiyaya və İmperator evinin qanunlarına uyğun olaraq taxta çıxdım. Taxtaçıxma mərasimini təşkil etməklə biz bu barədə bütün ölkəyə və dünyaya bəyan edirik” deyə monarx bildirib.
Mərasimdə Azərbaycan Respublikasını Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Xanlar Fətiyev və digər rəsmi şəxslər var. Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov da mərasimdə iştirak edib.
İmperator Naruhitonun taxta çıxması ilə əlaqədar ən böyük rəsmi mərasim İmperator sarayının fəxri Matsu-no ma (Şam ağacı) zalında keçirilib. Burada hündürlüyü 6,5 metr, ağırlığı 8 ton olan nəhəng taxt - Takamikura yerləşir. Həmin taxt ötən əsrin əvvəllərində qədim nümunələr əsasında düzəldilib. İmperator Naruhito Yer kürəsinin ən qədim sülaləsinə məxsus olan taxta çıxdığını yapon xalqına və bütün dünyaya bu taxtdan elan edib. Bu zaman onun əynində yalnız monarxa məxsus Heyan dövrünün dəbinə uyğun geyim və uca qara papaq olub. İmperator taxtının yanında qismən kiçik ölçüdə olan taxta isə ilkin orta əsrlərə xas qat-qat kimono geyinmiş İmperatriçə Masako çıxıb.
İmperatorun nitqindən sonra çıxış edən Baş Nazir Şinzo Abe onu yapon xalqı adından təbrik edərək uzun illər hakimiyyətdə olmasını arzulayıb. Baş Nazirin işarəsi ilə bütün zaldakılar üç dəfə "Banzay” qışqırıblar.
Mərasimdə iştirak etmək üçün Yaponiyaya 174 ölkədən 400-dən çox rəsmi nümayəndə gedib. Onların arasında 70-dən çox monarx və dövlət başçısı var. Bununla yanaşı, imperatoru təbrik etmək üçün Yaponiya ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən 1600 qonaq da saraya toplaşıb.
Milli Məclisin Sədri Oqtay Əsədov həmçinin həmin gün axşam imperator və imperatriçə tərəfindən verilən təntənəli ziyafətdə də iştirak edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!