23 Oktyabr 2019 00:34
937
Təhsil
A- A+

Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub


Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin Ankaradakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Tədbirdə əvvəlcə məktəbin direktoru Oqtay Kabasaqqalın və Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibovanın çıxışları dinlənilib.

Sonra Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə çıxış edib. Prezidentin Katibliyinin rəisi Ümummilli Lider Heydər Əliyevin zəngin, mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən, xilaskarlıq missiyasından, Ulu Öndərlə bağlı xatirələrindən, həmçinin dövlət müstəqilliyimizin qorunması və inkişaf strategiyasının müəyyən olunması istiqamətindəki tarixi fəaliyyətindən danışıb.

Professor Dilarə Seyidzadə qeyd edib ki, Heydər Əliyev Azərbaycanı dərin məhəbbətlə sevib. Heydər Əliyev Azərbaycan qədər də Türkiyəyə sevgi bəsləyib. Əməli işlərinə və doğma münasibətinə görə Türkiyədə də Heydər Əliyevə tükənməz sevgi var.

"Heydər Əliyev zəngin biliyini, böyük təcrübəsini, tükənməz əməyini Azərbaycanın dövlətçiliyinə, xalqımızın rifahına, insanların xoş həyatının təmin olunmasına sərf edib” deyən Dilarə Seyidzadə Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin müdrik vəsiyyətlərinə əbədiyyətə qədər əməl olunacağına əminliyini ifadə edib.

Prezidentin köməkçisi "Yurdda sülh, cahanda sülh uğrunda” və "Heydər Əliyev. Təltiflər” sənədli kitablarını məktəbə hədiyyə edib. Azərbaycan xalqının böyük oğlunun adını daşıyan təhsil ocağında çalışmağın şərəfli və məsuliyyətli iş olduğunu diqqətə çatdıran Dilarə Seyidzadə məktəbin kollektivinə uğurlar arzulayıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sonra məktəbin şagirdlərinin Dövlət Müstəqilliyi Günü münasibətilə hazırladıqları bədii proqram nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video