23 Oktyabr 2019 00:32
548
SİYASƏT
A- A+

Maksim ŞEVÇENKO: “Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə İspaniya hökumətinə qarşı bəyanatlar versin”


Avropa İttifaqı Azərbaycanda keçirilən aksiyadan narahatlıq ifadə etməkdənsə İspaniya hökumətinə qarşı bəyanatlar versin.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü, jurnalist Maksim Şevçenko "Komsomolskaya Pravda” radiosunun efirində söyləyib. Barselonada baş verən hadisələri şərh edən jurnalist bildirib ki, bu hadisələr həm İspaniya, həm də bütövlükdə Avropa İttifaqı üçün təhlükəlidir. Avropa İttifaqının bu hadisələrə fikir verməməsi təəssüf doğurur. Avropa İttifaqı İspaniya hökumətinə qarşı bəyanatlar vermək və tədbirlər görməkdənsə Azərbaycanda keçirilən aksiyadan narahatlıq ifadə edir.

M.Şevçenko xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin "Valday” forumunda separatizmə qarşı çıxaraq Rusiyanın Avropanın heç bir ölkəsinin bölünməsini, separatizmi istəmədiyini qeyd etmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video