Alternative content

03:24 21 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Distant təhsil elmi-texnoloji və sosial inkişafın tərkib hissəsidir
Distant təhsil elmi-texnoloji və sosial inkişafın tərkib hissəsidir
ANA SƏHİFƏ / Təhsil
00:30 23.10.2019


Ölkənin elmi-texnoloji inkişafı fonunda əhalinin geniş kütlələrinin məsafədən informasiya mübadiləsi vasitələrinə malik onlayn təhsil xidmətləri ilə təmin olunması günün vacib məsələləri sırasına çıxmışdır. İnsan əməyinin yaradıcı xarakteri gücləndikcə onun tətbiqi üçün məkan sədləri aradan qalxır. Hər bir mütəxəssis planetin bütün nöqtələrindəki informasiyadan xəbər tuta bildiyi kimi, öz əməyinin nəticəsini də informasiya kimi planetin istənilən nöqtəsinə çıxara bilir.

Elmi-texnoloji və sosial inkişafın tərkib hissəsi kimi təqdim edilən distant təhsil fasiləsiz təhsil sisteminin bir forması olaraq insanın təhsil və informasiya almaq hüququnun reallaşdırılmasına, öz peşə fəaliyyətindən ayrılmadan əsas və ya əlavə təhsil ala bilməsinə xidmət edir. Ənənəvi təhsil formalarından fərqli olaraq, distant təhsildə təhsilalan biliyə doğru deyil, bilik təhsilalana doğru istiqamətləndirilir.

Texnoloji cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə distant təhsil milli prioritet elan edilmişdir. ABŞ-da çoxsaylı distant təhsil xidmətləri fəaliyyət göstərir. Avropa İttifaqında distant təhsil sisteminin fəaliyyəti müvafiq qanunvericiliklə tənzimlənir və dövlət fondları tərəfindən maliyyələşdirilir. Distant təhsil proqramlarına malik universitetlər Distant Təhsil Universitetlərinin Avropa Assosiasiyasının (European Association of Distance Teaching Universities) tərkibinə daxildir. Fransa, Almaniya, İspaniya, İtaliya kimi dövlətlər özlərinin onlayn platformalarına malikdirlər.

Rusiyada da son illər distant təhsil sisteminin yaradılması istiqamətində fəallıq müşahidə olunur. Məsələn, Beynəlxalq Təhsil Assosiasiyası və Distant Təhsil Sisteminin İnformasiya-Analitik Təminat Mərkəzi yaradılmışdır. Krasnoyarsk, Tomsk və Novosibirsk universitetlərinin bazasında distant təhsil universitetləri fəaliyyət göstərir.

Azərbaycanın "Təhsil haqqında” qanununda distant təhsil forması nəzərdə tutulsa da, bugünə qədər onun hüquqi normativ bazası formalaşmamışdır. Bizim universitetlərdə distant təhsilin ayrı-ayrı elementləri pilot layihələr olaraq TEMPUS, Erasmus plus proqramları çərçivəsində onlayn təhsil xidmətləri kimi tətbiqini tapmışdır. Bu baxımdan AzTU-nun regional koordinatorluğu ilə son illər icra edilmiş Avropa layihələri, xüsusilə "Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji səmərəliliyi və ekolojiliyi üzrə distant və açıq təhsil formatında peşə bakalavrı” Erasmus+LPEB №561732-EPP-1-FR-EPPKA2-CBHE-JP layihəsi çox xarakterikdir. Layihənin beynəlxalq pilot qrupuna distant təhsil platformasına malik aparıcı Avropa universitetləri - Fransanın CNAM və Grenobl Akademiyası, İtaliyanın UNINETTUNO-TELEMATIKA, Almaniyanın Leypsiq Texniki Universiteti və digər universitetlər daxildirlər. Layihədə distant təhsil üzrə Avropa eksperti kimi İtaliyanın UNINETTUNO-TELEMATIKA Universiteti çıxış edir. Bu universitet distant təhsil üzrə ixtisaslaşmış dünya şəbəkəsinə və özünün satellitinə malikdir. Layihə çərçivəsində aparılmış qarşılıqlı əməkdaşlıq AzTU-nun e-universitet sistemində distant təhsil platformasının yaradılması üçün çox səmərəli imkanlar açmışdır.

Ölkəmizdə əlavə təhsil xidmətləri bazarı fəaliyyət göstərir. Elm və texnologiyaların ən son nailiyyətləri üzrə iş yerini itirmədən ödənişli əsaslarla təkmilləşmə, ixtisasartırma, ikinci ixtisasalma, fasiləsiz təhsil, ömür boyu təhsil, yaşlıların təhsili kimi onlayn təhsil xidmətlərinə böyük ehtiyac yaranmışdır. Bu bazarda xarici ölkələrin universitetlərinin aktiv intervensiyası və güclü rəqabət hiss olunur. Yerli universitetlərin hər bir bakalavr, magistrant, doktorant, mühəndis-texniki işçi uğrunda mübarizə aparması lazım gəlir.

Distant təhsilin hansı dildə aparılması bu gün ən mübahisəli məsələlərdən biridir. Mühazirələrin ingilis dilində aparılması beynəlxalq tələbə kontingenti üçün daha əlverişli sayılır. Bu baxımdan magistraturada oxuyan tələbə daha dərin biliklər almaq istəyirsə, o, əlbəttə ki, beynəlxalq elmi ünsiyyət dili olan ingilis dilinə üstünlük verəcəkdir, çünki bu halda 24 milyon istifadəçini, 2000-dən artıq kursu, 160 ixtisaslaşmanı və 149 təhsil müəssisəsini təmsil edən Coursera-da MIT (SŞA) professorunun müvafiq mövzu üzrə mühazirəsini dinləmək imkanına malik olacaqdır. Bununla belə, hər bir ölkə öz dili və mədəni irsi ilə fəxr edir, tədrisin öz dilində aparılmasında maraqlıdır.

Distant təhsil platformasında təhsil mühiti (LMS - Learning Management System) video və audio mühazirələrdən, elektron dərsliklərdən, interaktiv testlərdən, forumdan, tələbə-tədris materialları-müəllim arasında qarşılıqlı fəaliyyəti təmin edə bilən texnologiyalardan bəhrələnir. Adətən bu mühit özündə dörd təhsil məkanını birləşdirir: videoteka, mediateka, virtual laboratoriya və onlayn repetitorluq.

Videotekada rəqəmsal video dərslər, elektron təqdimatlar və elektron təhsil kontentlərinin informasiya daşıyıcıları saxlanılır. Rəqəmsal videodərslərdən istifadə etməklə klassik təhsil ənənələrinə uyğun olaraq simvolik-rekonstruktiv təlim prosesi təmin edilir. Videotekadan istifadə öyrənmə prosesinin səmərəliliyini yüksəldir, təlim üsullarını fərdiləşdirməklə müasir təhsil texnologiyaları ilə zənginləşdirir və gücləndirir. Hiperistinadlar videodərslərin məzmununu elektron kitabxanada olan didaktik materiallarla - elektron dərsliklər, məqalələr, multimedia materialları, biblioqrafiyalar, saytoqrafiyalar, interaktiv çalışmalar və virtual laboratoriyalarla əlaqələndirir. İnteraktiv dərslər vasitəsilə materialların kontekstual dərinləşməsi, praktiki tətbiq vasitələrindən istifadə etməklə isə nəzəri biliklərin daha səmərəli mənimsənilməsi təmin edilir.

Medioteka videostudiya, səsyazma studiyası, kompüter təqdimatlarının yaradılması və baxışı üçün vacib olan texniki vasitələrlə - kompüter, videokamera, proyektor və s. ilə təchiz edilmiş qurumdur. Burada elektron təhsil kontentlərinin hazırlanması üçün vacib olan multiagentli texnologiyalar və onlardan istifadə metodikaları saxlanılır. Virtual kitabxana intellektual biblioqrafik sistemin tərkib hissəsi olaraq mövcud videodərslərlə bağlı tədris materiallarına - filmlər, şəkil və eskizlər, diaqramlar, animasiyalar və vebsaytlara keçid linklərini biblioqrafik arayışlar şəklində arxivləşdirir və müvafiq naviqasiya vasitələri ilə təmin edir. Tədris filminin məzmununa tədris proqramının bir və ya bir neçə mövzusu daxil olur. Filmin interaktiv xüsusiyyətləri video təqdimat üçün seçilmiş bir və ya bir neçə sual və yaradıcı tapşırığı, axtarılan mövzuya və ya bölməyə keçid linkini, məşğələdən əvvəl, məşğələ vaxtı və məşğələdən sonra yerinə yetirilməli olan tapşırıqları əhatə edir. Tədris filmlərindən istifadə təcrübəsi göstərir ki, audiovizual tədris vasitələrinin köməyi ilə tələbə zaman vahidi ərzində ənənəvi üsullardan daha çox informasiya mənimsəmək imkanına malik olur. Filmdən istifadə təhsilalanda motivasiya və öyrənilən fənnin ictimai mahiyyətini dərketmə xüsusiyyətlərini formalaşdırır. Tədris filmlərinin yuxarıda sadalanmış üstünlükləri ilə bərabər bir sıra çatışmazlıqları da var. Məsələn, filmə baxarkan tələbənin passivliyi, bəzi informasiyaların onun səviyyəsinə uyğun gəlməməsi, interaktiv fəaliyyətin olmaması və s.

Virtual laboratoriya real laboratoriya qurğusu ilə təmasda olmadan ibarətdir və yaxud, ümumiyyətlə, qurğusuz təcrübə aparmağa imkan verən proqram-aparat kompleksidir. Tələbə virtual laboratoriyada "bilik əldə etməklə öyrənmə” prinsipinə əsaslanaraq əldə etdiyi biliyi praktikada tətbiq edə bilir: tyutor qarşıya çıxan anlaşılmazlıqları izah edir, yaxud interaktiv dərs və ya forum vasitəsilə məsləhətlər verir. Tələbə interaktiv dərsdə verilmiş çalışmanı həll edir və qarşısına çıxan çətinliklər, çalışmanın həll üsulları, alqoritmləri və mümkün səhvlər barəsində öz rəyini bildirir. İnteraktiv çalışmaların köməyi ilə simvolik-konstruktiv və qavranış-inkişaf üsulları tələbəni yaradıcı düşünməyə, eyni məsələyə müxtəlif prizmalardan baxmağa və arqumentləşdirilmiş axtarış aparmağa sövq edir.

Distant təhsilin internetdəki fundamental elementlərindən biri də Didaktik Kiber Məkan (DKM) anlayışıdır. DKM distant təhsil universitetinin internetdəki təlim məkanıdır. Onun vasitəsilə təlim prosesinin hər bir iştirakçısının, yəni tələbə, müəllim və tyutorun fərdi məkanları və didaktik materialları əlaqələndirilir. Bu halda istifadəçilərin hər üç kateqoriyası tədris prosesində eyni materialdan istifadə edə bilirlər. Müəllim və tyutor təhsil kursu boyunca didaktik materialları yeniləşdirə və ya dəyişdirə bilər.

Onlayn repetitorluq mövcud kommunikasiya vasitələrinin köməyi ilə tələbələrə tyutor-müəllimin dəstəyi ilə öz biliklərini daha da dərinləşdirmək, qarşılıqlı informasiya mübadiləsi aparmaq, əldə etdikləri bilikləri geniş tələbə auditoriyasında yaymaq və biliyin yayılması üçün qarşılıqlı əməkdaşlıq mühiti formalaşdırmaq imkanları verir. Kommunikasiya imkanları tələbələrə bir-biri ilə və müəllim-tyutorlarla informasiya mübadiləsi aparmaq üçün şərait yaradır. Müəllim və tələbələr əlavə olaraq (Second Life) forumdan, interaktiv dərslərdən və 3D virtual dərslərdən istifadə edə bilirlər. Forum asinxron ünsiyyət vasitəsidir və tələbələrə vaxt və məkan baxımından tamamilə müstəqil informasiya mübadiləsi aparmaq imkanı verir. Foruma tyutor tərəfindən nəzarət edilir. O, mövzuya aid olmayan ismarıcları bloklamaq, rədd etmək və yeni qəbul olunanları dəstəkləmək səlahiyyətlərinə malik moderator funksiyasını yerinə yetirir.

Müəllimin səhifəsində onun funksiyalarının icrasını təmin edən aşağıdakı sahələr nəzərdə tutulur: curriculum vitae (CV), kursun proqramı, konsepsiya kartı, didaktik material, didaktik planlaşdırma, imtahan xartiyası, imtahanların təqvimi, tədris məkanı, kurs tyutorlarının səhifələri ilə əlaqə. Müəllimin səhifəsindən dörd tədris məkanına daxil olmaq mümkündür: videoteka, mediateka, virtual laboratoriya və onlayn tyutorluq. Kursun konsepsiya kartı müzakirə edilən müxtəlif mövzularla əlaqəli dərslərin mövzularını, hər bir dərsdə subyektlərin açıqlanmasını və didaktik materialları təqdim etməlidir. Didaktik planlaşdırma tələbənin sərmayəsinə uyğun olaraq ECTS kreditlərinin sayından asılı olaraq müəyyənləşdirilir. İmtahan Xartiyasında imtahanın keçirilməsi qaydaları, imtahana buraxılış üçün ilkin şərtlər, imtahan üçün qeydiyyatdan keçmə qaydaları, imtahan günü təqdim edilməli olan sənədlər və münsiflər heyətinin tərkibi göstərilir. Müvafiq qaydalarla tyutorun və tələbənin səhifələri də tərtib olunur.

Distant təhsil sisteminin psixopedaqoji modeli üzrə tələbə təhsil prosesinin mərkəzində yerləşir və ehtiyaclarına görə inkişaf edir. Müəllim, tyutor və tələbə arasında güclü interaktiv əlaqə təhsil prosesinin yüksək səmərəliliyini təmin edir. Hər bir tələbənin ixtiyarında "Mənim tələbə səhifəm” adlı bir səhifə olur və tələbə bu səhifədə müxtəlif didaktik materialları öz tələblərinə uyğunlaşdıraraq tədris prosesində fəal iştirak edir. Tyutor tərəfindən tələbənin didaktik kiberməkandakı işi, yəni təhsil məkanına daxilolmaların sayı və müddəti, onlayn repetitorluq vasitələrindən istifadə, yerinə yetirilən çalışmaların sayı və qiymətləndirilməsi statistik təhlil əsasında həyata keçirilir. Distant təhsildə nəzarət forması kimi, adətən, distant təşkil olunmuş imtahanlar, müsahibələr, kurs və buraxılış işi layihələri, eksternat və intellektual kompüter test sistemlərindən istifadə edilir.

Distant təhsil üzrə dünyanın aparıcı universitetlərinin təcrübəsinin təhlilindən göründüyü kimi, Azərbaycan təhsil sisteminin qarşısında yüksək peşəkarlıq tələb edən, mütərəqqi təhsil və informasiya texnologiyalarına söykənən sistemli və məqsədyönlü fəaliyyət durur. Belə bir fəaliyyətin baza prinsipləri, eləcə də təhsil sistemində ictimai-dövlət idarəçilik modellərinin tətbiqi, təhsil sisteminin açıqlığının, sadəliyinin və investisiya cazibədarlığının təmini, təhsil və əlavə təhsil proqramlarının sayının artırılması, ali təhsil sisteminin bütün dünya üçün açıq olması və s. məqamlar Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında artıq öz əksini tapmış və reallaşdırılma mexanizmlərini müəyyənləşdirmişdir. Digər spesifik məsələlərin həlli üçün isə ölkə universitetlərinin elmi-pedaqoji potensialının səfərbər olunması, sistemli və məqsədyönlü fəaliyyəti lazım gələcəkdir.

Həsən HÜSEYNOV,

Azərbaycan Texniki Universitetinin kafedra müdiri,

professor, Əməkdar elm xadimi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM