23 Oktyabr 2019 00:27
493
İQTİSADİYYAT
A- A+

“Qafqaz regionu beynəlxalq təhdidlər şəraitində iqtisadiyyatın inkişafı baxımından ən fəal regionlardan biridir”


"Proteksionizm riski, ticarət müharibələri, Brexit ilə bağlı ehtimal edilən sərt ssenari, Yaxın Şərqdə mövcud problemlər kimi yeni beynəlxalq təhdidlər şəraitində iqtisadiyyatın inkişafı baxımından ən fəal regionlardan biri Qafqaz regionudur”.

Nyu York Universiteti yanında Leonard Stern Biznes Məktəbinin iqtisadiyyat üzrə professoru Nuriel Rubini bu fikirləri Tbilisidə Gürcüstan hökuməti, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilmiş İpək Yolu Forumunun ("Silk Road Forum-2019”) rəsmi açılış mərasimində söyləyib. Onun sözlərinə görə, hazırda kapitalın inteqrasiyası, nəqliyyat və enerji layihələrinin birgə reallaşdırılması dünya iqtisadiyyatının inkişafında böyük rol oynayır və bu mənada Gürcüstan bir sıra ölkələrlə, o cümlədən qonşu dövlətlərlə əməkdaşlığın yaxşı nümunəsidir.

Qeyd edək ki, forumda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər təmsil edirlər.

Forumun ilk günündə ticarət, süni intellekt, nəqliyyat və energetika ilə bağlı məsələlərin geniş spektri ayrı-ayrı qruplarda müzakirə olunacaq, tədbirin ikinci günü isə Gürcüstanda özəl sektorun vəziyyəti və investisiya imkanları mövzusuna həsr edilib.

Forum çərçivəsində aktual məsələlər üzrə müxtəlif paralel tədbirlər də keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video