23 Oktyabr 2019 00:19
641
CƏMİYYƏT
A- A+

Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq


Bakı Şəhər Dövlət Yol Polis İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.

Oktyabrın 23-24-də hava limanına gələn yüksək çinli qonaqların, tədbir iştirakçılarının qarşılanaraq mərkəzə doğru hotellər istiqamətinə hərəkəti müəyyən edilib. Bu məqsədlə qonaqların yerləşdirilməsi və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, "Hyatt Regency” hoteli və digər ərazilərə doğru hərəkətdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Odur ki, oktyabrın 24-dən etibarən səhər saat 08:30-dan tədbirlər tam başa çatanadək Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyli, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılacaq. Xüsusilə Xətai prospekti və Təbriz küçəsinə Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılır. Ona görə də ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Hərəkətlə bağlı süni sıxlığın, tıxacların baş verməməsi üçün xahiş olunur ki, keçirilən tədbirlərin dövlət əhəmiyyətli olduğunu nəzərə alaraq sürücü və avtomobil sahibləri göstərilən küçə və prospektlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və tətbiq olunacaq qısa məhdudiyyətlərə anlayışla yanaşsınlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video