Alternative content

12:31 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “ACSC Logistcs” Gürcüstanın “GR Logistics & Terminals” və Rumıniyanın “Grampet Group” şirkətləri ilə əməkdaşlıq sazişi imzalayıb
“ACSC Logistcs” Gürcüstanın “GR Logistics & Terminals” və Rumıniyanın “Grampet Group” şirkətləri ilə əməkdaşlıq sazişi imzalayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
22:21 22.10.2019

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) törəmə müəssisəsi "ACSC Logistcs” MMC ilə Gürcüstanın "GR Logistics & Terminals” və Rumıniyanın "Grampet Group” şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Tbilisidə keçirilən "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağında ASCO-nun gəmiləri vasitəsilə Aktau-Bakı-Aktau xətti üzrə konteyner daşımalarının aktivləşdirilməsinə dair də fikir mübadiləsi aparılıb. Həmçinin, yığıncaq çərçivəsində Qara dənizdə Gürcüstanın Batumi və Rumıniyanın Konstansa limanları arasında müntəzəm fider konteyner xətti üzrə daşımalar həyata keçirəcək 3 şirkət arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə ASCO-nun törəmə müəssisəsi "ACSC Logistcs” MMC, Gürcüstanın "GR Logistics & Terminals” Rumıniyanın "Grampet Group” şirkətləri imza atıblar.

Bu xətt üzrə əsas yük kimi Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub. Gözləntilərə görə, adıçəkilən istiqamətlər üzrə Qara dənizdə konteyner xətti ilə yüklərin çatdırılması müddəti azalacaq. Bu da Qara dəniz üzərindən də keçən "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun cəlbediciliyini və Azərbaycan üzərindən keçən tranzit konteyner daşımalarının həcmini artıracaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM