Alternative content

21:38 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Boliviyada prezident seçkilərindən sonra iğtişaşlar başladı
Boliviyada prezident seçkilərindən sonra iğtişaşlar başladı
ANA SƏHİFƏ / DÜNYA
17:09 22.10.2019


Boliviyada prezident seçkilərində səslər sayıldıqdan sonra etiraz aksiyaları başlamışdır. Gecə saatlarında bir neçə şəhərdə təhlükəsizlik qüvvələri ilə toqquşmalar, yanğınlar və qarət halları qeydə alınmışdır. Paytaxt Sukredə etirazçılar seçki komissiyasının yerli ofisinə od vurmuşlar.

Prezident seçkiləri oktyabrın 20-də keçirilmişdir. Həmin gün axşam açıqlanmış ilkin nəticələrə əsasən, səsvermənin ikinci turu keçirilməli idi. Lakin bir gündən sonra seçki komissiyası məlumat vermişdi ki, hazırkı Prezident Evo Morales 46,87 faiz, onun rəqibi, 2003-cü ilin oktyabrından 2005-ci ilin iyununadək dövlət başçısı vəzifəsini tutmuş Karlos Mesa 36,73 faiz səs toplamışdır.

Boliviya qanunvericiliyi prezident seçkilərində qələbə qazanmaq üçün səs verənlərin azı 50 faizinin dəstəyini tələb edir. Lakin ən yaxın rəqib azı 10 faiz geridədirsə, namizəd 40 faizdən çox səs topladıqda birinci turda da qalib elan oluna bilər.

Karlos Mesa dələduzluqdan şikayətlənmiş və vurğulamışdır ki, səsvermənin nəticələrini tanımaq niyyətində deyil. Onun dediyinə görə, 2005-ci, 2009-cu və 2014-cü illərdə seçki komissiyasının köməyi ilə qələbə qazanmış Morales ikinci turun keçirilməsinə maneçilik törətmək istəyir.

Amerika Dövlətləri Təşkilatını təmsil edən beynəlxalq müşahidəçilər yaranmış vəziyyətdən dərin narahatlıqlarını ifadə etmişlər. Onlar vurğulamışlar ki, yenilənmiş nəticələri izah etmək çətindir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM