Alternative content

04:14 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbi dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına üzv olub
Bakı Ali Neft Məktəbi dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına üzv olub
ANA SƏHİFƏ / Təhsil
12:00 22.10.2019

Bakı Ali Neft Məktəbi (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının informasiya təhlükəsizliyi ixtisası üzrə dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına (FNSA - Fortinet Network Security Academy) üzv olub.

BANM-dən AZƏRTAC-a bildirilib ki, FNSA ilə əməkdaşlıq çərçivəsində ali məktəbin informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan tələbələri və məzunları kibertəhlükəsizlik bacarıqlarını inkişaf etdirmək və karyeralarında yüksəlmək imkanı qazanacaqlar. Əməkdaşlıq nəticəsində tələbələr üçün pulsuz olaraq Fortinet Şəbəkə Təhlükəsizliyi üzrə ekspert (Fortinet NSE) təlim proqramı keçiriləcək. Bu proqram tələbələrə Fortinet şəbəkəsini və onun xüsusiyyətlərini qavramaqda yardım edəcək. Həmçinin qazanılan bilik və bacarıqlar gələcəyin informasiya təhlükəsizliyi mühəndislərinin istənilən təşkilat və ya şirkətin informasiya texnologiyaları infrastrukturunu idarə etmək, eləcə də müasir dövrün kibertəhlükəsizlik problemləri və onların həll edilməsi istiqamətində daha da püxtələşmək imkanlarını artıracaq. Bununla yanaşı, BANM-in akademik heyəti və tələbələri FNSA-nın resurslarından istifadə üçün çıxış əldə edəcəklər.

"Fortinet” kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış məşhur şirkətlərdən biridir. Şirkət daxilində yaradılmış FNSA informasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslı kadrlar hazırlayır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM