21 Oktyabr 2019 23:53
1161
Elm və texnika
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (Universitetini) (MDBMİ) yubiley münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu MDBMİ-nin 75 illiyi münasibətilə təntənəli tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.

Məktubda deyilir: "Hörmətli Anatoli Vasilyeviç, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlərin İnstitutunun (Universitetinin) 75 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Diplomatik kadrların unikal ocağı olan MDBMİ böyük və şanlı yol keçib. Bu gün MDBMİ haqlı olaraq Rusiya ali təhsilinin flaqmanı, keyfiyyətli təhsilin rəmzi sayılır və həqiqətən də dünya əhəmiyyətli nüfuzlu təhsil ocaqlarından biridir.

Onun divarları arasından dövlət və ictimai xadimlərin, siyasətçi, alim, yüksəkixtisaslı mütəxəssislərin parlaq pleyadası çıxıb. Təhsil illərində əldə edilən dərin biliklər, geniş dünyagörüşü, peşə bacarığı və vərdişləri MDBMİ məzunlarının təkcə öz vətənində deyil, həm də bütün dünyada hörmət və nüfuz sahibi olmalarına imkan verir.

Mənə çox xoşdur ki, MDBMİ mənim üçün də alma-materdir. Mən tələbəlik illərimi həmişə xüsusi minnətdarlıq və səmimiyyətlə xatırlayıram və MDBMİ-nin məzunu adını qürurla daşıyıram.

Əminəm ki, tədris prosesinin yüksək səviyyədə təşkili və pedaqoji heyətin təcrübəsi sayəsində MDBMİ müasir dünyanın tələblərinə cavab verən kadrların hazırlanması üçün öz sarsılmaz ənənələrinə bundan sonra da sadiq qalacaq.

Hörmətli Anatoli Vasilyeviç, Sizə, MDBMİ-nin bütün müəllim və tələbələrinə qarşıya qoyulan məqsədlərə çatmaq üçün müvəffəqiyyət arzu edirəm və ən xoş arzularımı yetirirəm”.

MDBMİ-nin rektoru Anatoli Torkunov jurnalistlərə müsahibəsində vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini yüksək qiymətləndirir. O deyib: "Azərbaycan Prezidentinin təbrik sözləri bizim üçün hədiyyədir. Çoxumuz onu şəxsən tanıyırıq. Onu gözəl insan kimi tanıyırıq. O, nəinki burada təhsil alıb, həm də 5 il MDBMİ-də işləyib. Biz onun səmimi münasibətini qoruyub saxlamasını və universiteti daim xatırlamasını yüksək qiymətləndiririk. Ümumi yubileyimiz münasibətilə ona xoşbəxtlik, cansağlığı və firavanlıq diləyirəm!”

Səfir P.Bülbüloğlu təntənəli tədbirdə MDBMİ-nin rektoru Anatoli Torkunova "Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi” medalını da təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video