21 Oktyabr 2019 20:23
406
İQTİSADİYYAT
A- A+

Nazir: Bərpaolunan enerji sahəsində İsveçrə şirkətləri ilə əməkdaşlıq üçün böyük imkanlar var

Cenevrə Ticarət, Sənaye və Xidmətlər Palatasının baş direktoru Vincent Subilianın rəhbərlik etdiyi Qərbi İsveçrənin işgüzar dairələrinin nümayəndələrindən ibarət heyət Energetika Nazirliyində olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazovla keçirilən görüşdə iki ölkə arasında enerji sahəsində mövcud əməkdaşlıq əlaqələri və perspektivlər müzakirə edilib. Görüşdə Qərbi İsveçrə regionunun neftlə yanaşı, bir sıra enerji məhsulları və xammalın marketinqində mühüm rol oynadığı və şirkətlərin ölkəmizin enerji sektorunda əməkdaşlıqda maraqlı olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycan SOCAR-ın timsalında İsveçrə ilə uğurlu əməkdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, İsveçrənin "Axpo” şirkəti "Şahdəniz-2” üzrə qazın alıcısı olmaqla yanaşı, TAP konsorsiumunda da təmsil olunur. Bərpaolunan enerji üzrə isə bu ölkənin digər bir şirkəti "Pure Energy Development SARL” ilə əməkdaşlıq edilir.

P.Şahbazov ölkədə energetika sektorunda hazırda həyata keçirilən tədbirlər və qarşıya qoyulan məqsədlər barədə ətraflı məlumat verib. Bərpaolunan enerji layihələrinə xarici investorların cəlbi üçün əlverişli mexanizmlərin hazırlandığını vurğulayan nazir deyib ki, bu sahədə İsveçrə şirkətləri ilə əməkdaşlıq üçün böyük imkanlar var.

Görüşdə İsveçrə nümayəndə heyətinin Azərbaycanın enerji infrastrukturunun mövcud vəziyyəti, səmərəlilik göstəriciləri və elektrik enerjisi bazarının yaradılması ilə bağlı sualları ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video