21 Oktyabr 2019 18:08
502
DÜNYA
A- A+

Çilidə etiraz aksiyalarında ölənlərin sayı 10 nəfərə çatdı


Çilidə etiraz aksiyaları zamanı ölənlərin sayı 10 nəfərə çatmışdır. Bu barədə RİA "Novosti” agentliyi ölkə hökumətinin bəyanatına istinadən xəbər verir. Onların əksəriyyəti ticarət mərkəzlərindəki yanğınlar zamanı həlak olmuşdur.

Paytaxt regionunun meri Karla Rubiların dediyinə görə, 5 meyit qarət olunmuş alt paltar satışı mərkəzində aşkar edilmişdir. Yanmış daha bir supermarketdə Peru vətəndaşı, digərində isə 3 nəfər həlak olmuşdur.

Serena şəhərində Ekvadorun gənc vətəndaşı güllə yarasından ölmüşdür. Onun hərbçi tərəfindən öldürüldüyü güman edilir. Lakin hökumət bu məlumatı təsdiqləmir.

Xatırladaq ki, Çilidə etiraz nümayişləri nəqliyyat qiymətlərinin artmasından sonra başlamışdır. Dinc aksiyalar polislə toqquşmalara gətirib çıxarmışdır. Ölkənin paytaxtı Santyaqonun mərkəzinə zirehli texnika yeridilmiş, komendant saatı elan edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video