21 Oktyabr 2019 18:06
474
DÜNYA
A- A+

Türkiyənin Yunanıstanla sərhədində 22 yaralı miqrant aşkarlandı


Türkiyənin Yunanıstanla sərhədyanı Meriç rayonunda jandarma əməkdaşlarının aşkar etdiyi 22 miqrant Ədirnə vilayətinin xəstəxanalarına yerləşdirilmişdir. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Əfqanıstan, Pakistan və Şri-Lankadan olan bir qrup yaralı miqrant Kadıdondurma kəndinin yaxınlığında tapılmışdır. Dindirilmə zamanı məlum olmuşdur ki, miqrantları daşıyan avtobus Yunanıstan polisinin çağırışına məhəl qoymamış və polis nəqliyyat vasitəsinə atəş açmışdır. Nəticədə avtobus yoldan çıxaraq aşmışdır. Yaralılar zorla katerə mindirilmiş və sərhədyanı Meriç çayı ilə Türkiyə ərazisinə göndərilmişdir.

Zərərçəkənlərdən biri, 17 yaşlı Abdulvahab Nasiri bildirmişdir ki, miqrantlar Serbiyaya getmək üçün hərəyə 3 min avro müqabilində insan alverçiləri ilə sövdələşmişdilər. Avtobus atəşə tutularkən 12 və 63 yaşlı iki miqrant həlak olmuşdur. Göstərilən tibbi yardıma görə Türkiyə tərəfinə təşəkkürünü bildirən Nasiri demişdir: "Biz 45 nəfər idik. Serbiyadan Almaniyaya keçməyi planlaşdırırdıq. Lakin bizi Türkiyə ilə sərhədə gətirərək zorla katerə mindirdilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video