21 Oktyabr 2019 18:02
549
SİYASƏT
A- A+

Azərbaycan-Pakistan əlaqələri inkişaf edir


Oktyabrın 21-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Pakistan Milli Assambleyasının üzvü, Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya üzrə federal naziri xanım Fehmida Mirzənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycan ilə Pakistanın dost və qardaş ölkələr olduğunu bildirib. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. Xüsusilə, Azərbaycanın müstəqilliyinin ilk illərində Pakistan Azərbaycana çox kömək edib. Hazırda ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, humanitar, hərbi-texniki əlaqələr çox yüksək səviyyədədir.

Z.Əsgərov diqqətə çatdırıb ki, münasibətlərimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynayıb, bir sıra vacib sənədlər imzalanıb. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir və biz bu əməkdaşlığın daha da güclənməsində maraqlıyıq.

Komitə sədri Pakistanın beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi daimi dəstəyə, həmçinin Xocalı soyqırımı ilə bağlı Pakistan Milli Assambleyasında qəbul olunmuş qətnamələrə görə təşəkkürünü bildirib.

Ölkəsinin Azərbaycan ilə sıx tarixi köklərlə bağlı olduğunu deyən xanım Fehmida Mirzə Pakistanda mövcud olan Kəşmir, Azərbaycanda isə Dağlıq Qarabağ münaqişələrinin oxşarlığından danışıb. Qonaq bu münaqişələrin həllində Pakistan və Azərbaycanın həmişə bir-birinə dəstək verməsindən məmnunluğunu bildirib. Söhbət zamanı bu münaqişələrin həlli üçün əlaqələrimizin bundan sonra inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, idman sahəsində əməkdaşlıq, Pakistanın istehsal etdiyi idman məhsullarının Azərbaycanda tanıdılması və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video