21 Oktyabr 2019 16:29
1274
İDMAN
A- A+

Pakistan Azərbaycanın idman sahəsindəki təcrübəsindən yararlanmaq istəyir


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Federal Nazirliyi arasında anlaşma memorandumu imzalanıb


Pakistan Azərbaycanın idman sahəsindəki təcrübəsindən yararlanmaq istəyir.

Bunu ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Federal naziri Fehmida Mirza Ni oktyabrın 21-də Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov ilə görüşdə deyib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə A.Rəhimov Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan birinci dövlət olduğunu və hər iki ölkənin illərə söykənən dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, Anlaşma Memorandumu ölkələrimizdə idman sahəsinin inkişafına çox böyük dəstək verəcək. Qonaq ölkəmizə səfəri çərçivəsində Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və digər idman qurğuları ilə tanış olacaq, ölkəmizdə idman infrastrukturu barədə geniş məlumat əldə edəcək.

Azərbaycanda gənclər sahəsində görülən işlər barədə də qonağa məlumat verən A.Rəhimov Gənclər və İdman Nazirliyi tərəfindən uzun müddətdir müxtəlif ölkələrdə gerçəkləşdirilən "Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsində Pakistan gənclərinin də fəal iştirak etdiklərini və qaliblərin dəfələrlə ölkəmizə səfər etdiklərini diqqətə çatdırıb.

Yüksək qonaqpərvərliyə görə xüsusi təşəkkürünü bildirən Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Federal naziri xanım Fehmida Mirza Ni Azərbaycanın idman sahəsində sürətlə inkişaf etdiyini və Pakistanın ölkəmizin təcrübəsindən yararlanmaqda maraqlı olduğunu bildirib.

Fehmida Mirza Ni Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etdiyini vurğulayıb. O, Pakistanın da bu səpkili yarışlara ev sahibliyi etmək istədiyini söyləyib. Qonaq bildirib ki, idman diplomatiyası onun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Ölkəmizin idman sahəsində çox böyük təcrübəyə malik olduğunu söyləyən Fehmida Mirza Ni idman diplomatiyasına Azərbaycanın da cəlb oluna biləcəyini və bununla da münasibətlərin yeni mərhələyə qədəm qoya biləcəyini vurğulayıb.

Xanım nazir Azərbaycan və Pakistan idmançılarının idmanın müxtəlif növləri üzrə birgə təlim-məşq toplanışlarına qatılmalarının idmanın inkişafında önəmli addım olduğunu bildirib, bu istiqamətdə də əməkdaşlığı genişləndirməyin vacibliyini diqqətə çatdırıb. Azərbaycanın əsrarəngiz ölkə olduğunu və turizmin inkişaf etdiyini söyləyən qonaq pakistanlıların son illərdə respublikamıza artan marağından xüsusilə söz açıb.

Görüşdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Nazirliyi arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video