Alternative content

21:34 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Sofiyada ağacəkmə mərasimi keçirilib
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Sofiyada ağacəkmə mərasimi keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:03 21.10.2019

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 və Bolqarıstan Respublikası diplomatik xidmətinin 140 illik yubileyləri ilə əlaqədar Sofiya şəhərində "Bakı” küçəsində yerləşən parkda ağacəkmə mərasimi təşkil olunub.

Ağacəkmə mərasimi Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bolqarıstanın Xarici İşlər Nazirliyi və Sofiya şəhəri merinin ofisi ilə birgə təşkil edilib. Parkda üç çinar ağacı əkilib. Mərasimdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli, Sofiya şəhəri merinin müavini Yoana Xristova, Bolqarıstan XİN-in nümayəndəsi, "Bakı” küçəsinin yerləşdiyi "Studentski” rayonu merinin ofisindən nümayəndələr və səfirlik əməkdaşları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən N.Qurbanova cari ilin həm Azərbaycan, həm də Bolqarıstan diplomatiyası üçün əlamətdar olduğunu, müvafiq olaraq 100 və 140 illik yubileylərinin qeyd olunduğunu bildirib. 100 illik tarixə malik olan diplomatiyamızın ötən dövr ərzində böyük uğurlara imza atdığını, bu gün xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin ölkəmizi layiqincə təmsil etdiyini diqqətə çatdırıb. Azərbaycan və Bolqarıstan arasındakı əlaqələrə toxunan diplomat hal-hazırda iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər olduğunu qeyd edib.

Akademik İ.Həbibbəyli çinar ağacının uzun ömürlülük rəmzi olduğunu və bu baxımdan ölkələrimiz arasında münasibətlərin də uzun ömürlü olmasını arzu edib və bu əlaqələrin davamlı və uzun ömürlü olacağına əminliyini ifadə edib. O qeyd edib ki, ölkələrimizin maraqları üst-üstə düşür və həm Azərbaycan, həm də Bolqarıstan hökumətlərinin apardığı siyasət ölkələrimizin inkişafı və möhkəmləndirilməsinə yönəlib.

Sofiya şəhəri merinin müavini Y.Xristova bu əlamətdar yubiley münasibətilə səfir N.Qurbanovanın timsalında Azərbaycan diplomatlarını təbrik edib və gələcək diplomatik fəaliyyətdə yeni nailiyyətlər arzu edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM