Alternative content

03:41 18 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İkinci “Bakı Elektron Ticarət Forumu” işə başlayıb
İkinci “Bakı Elektron Ticarət Forumu” işə başlayıb YENİLƏNİB
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:04 21.10.2019

"InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində oktyabrın 21-də Heydər Əliyev Mərkəzində ikinci "Bakı Elektron Ticarət Forumu” ("BEF-2019”) keçirilir.

AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının təşkilatçılığı, "PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər və startapçılar iştirak edirlər.

Forumun açılışında çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanda elektron ticarətin inkişafı üçün əlverişli mühitin mövcud olduğunu, tələbələrdən tutmuş pensiyaçılara qədər hər kəsin bir və ya bir neçə bank kartının olduğunu qeyd edib: "İnternet bankçılıq inkişaf edir, logistika sahəsində bir çox dövlət və özəl şirkətlər fəaliyyət göstərir. Bunun nəticəsi olaraq elektron ticarət çoxlu sayda saytlar və platformalar vasitəsilə ölkədə müxtəlif məhsul və xidmətləri təklif edir. Turizm xidmətləri, bilet və hotel sifarişləri, informasiya texnologiyaları, geyim, qida məhsullarının elektron ticarət vasitəsilə satışında irəliləyişlər qeydə alınır. Ümumilikdə, ölkəmizdə elektron ticarətin inkişaf dinamikası yüksək olsa da, internet istifadəçilərimiz əsasən tanınmış xarici elektron ticarət platformalarından sifarişlər edirlər. Məqsədimiz daha çox daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda, milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir.

R.Quluzadə deyib ki, müasir və əlçatan internet infrastrukturu, inkişaf etmiş logistika və elektron ödəmə sistemləri, optimal vergi və gömrük tənzimlənməsi, dəqiq statistika, elektron biliklər və maarifləndirmə elektron ticarətin inkişafının əsasını təşkil edir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın innovativ inkişafı sürətlə gedir. Təsdiq olunmuş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri uğurla icra olunmaqdadır. Bu isə öz növbəsində bütün sahələrdə olduğu kimi, elektron ticarətin inkişafı üçün əlverişli mühit yaradır. Ölkəmizdə elektron ticarətin son 2-3 ildə inkişaf dinamikası buna əyani sübutdur”.

Elektron ticarətin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edən nazir Avropa Komissiyasının "Şərq Tərəfdaşlığı” ölkələrində "Rəqəmsal Bazarların Uyğunlaşdırılması” təşəbbüsü çərçivəsində elektron ticarətin inkişafı ilə bağlı elektron imzanın qarşılıqlı tanınması üçün qanunvericiliyin inkişaf etdirilməsi, transsərhəd məlumat mübadiləsi, kibertəhlükəsizlik və sair istiqamətlərdə əməkdaşlığın genişləndirildiyini vurğulayıb: "Bu gün "Bakı Elektron Ticarət Forumu”nun tərəfdaşları sırasında Avropa İttifaqının təsisatlarının olması da bu əməkdaşlığın sübutudur.

Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömer Fatih Sayan bildirib ki, "Bakı Elektron Ticarət Forumu” elektron ticarət sahəsinin son trendləri və müsbət tendensiyaların müzakirəsi üçün mühüm platforma roluna malikdir. Azərbaycanın elektron ticarət və logistika sahəsində tətbiq etdiyi innovativ texnologiyalar bu sahələrin inkişafında böyük rol oynayır.

Forumun əhəmiyyətini qeyd edən BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti çıxışında Azərbaycanda elektron ticarət və elektron kommersiya, mobil və elektron identifikasiya, rəqəmsal hökumət sahələrində nəzərəçarpan inkişafı vurğulayıb.

Elektron ticarət platformasının kiçik və orta biznesin iri korporasiyalarla rəqabət aparmaq qabiliyyətlərini daha da genişləndirdiyini bildirən Mərkəzi Bankın idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev qeyd edib ki, rəqəmsallaşma gənclərə öz bizneslərini qurmaq üçün böyük maliyyə tələb etməyən əlverişli imkanlar yaradır.

"Yaşadığımız cəmiyyətdə "ağıllı” texnologiyaların tətbiqi ilə iqtisadiyyatın bütün sahələri sürətlə elektronlaşır. Elektron ticarət cəmiyyətin ayrılmaz hissəsini təşkil edir. Yeni texnologiyaların geniş tətbiq edildiyi elektron ticarət maliyyə, real sektor və IT kimi müxtəlif sahələri əlaqələndirən effektiv mexanizmə çevrilib. Bu səbəbdən onlayn ticarət kiçik və orta biznes subyektləri üçün cəlbedici platformaya çevrilib”, - deyə o əlavə edib.

A.Quliyev bildirib ki, ötən il qlobal pərakəndə ticarətin ümumi dövriyyəsi 24 trilyon dollar olub, bunun 3 trilyon dolları elektron ticarətin payına düşüb və dövriyyənin 12 faizini təşkil edib. Bundan öncəki göstərici isə 10 faiz idi. Cari ilin sonunda elektron ticarətin həcminin 21 faiz artaraq 3,5 trilyon dollar olacağı gözlənilir, bu da pərakəndə ticarətin 14 faizini təşkil edəcək. Növbəti 5 ildə isə elektron ticarətin həcminin 6,5 trilyon dollara çatacağı və pərakəndə ticarətin 22 faizini təşkil edəcəyi gözlənilir. Proqnozlara görə, bu ilin sonunda dünya əhalisinin dörddəbiri rəqəmsal alıcı olacaq. Bu isə 2 milyard əhali deməkdir. Hesablamalar göstərir ki, 2040-cı ilədək dünya əhalisinin 95 faizi öz ticarətini rəqəmsal ödənişlər vasitəsilə həyata keçirəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov deyib ki, KOBİA elektron ticarətin payının artırılması prosesində aktiv iştirak etməyə və irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır: "Bu gün dünyada elektron ticarətin həcmi sürətlə artır. Azərbaycan da dünya iqtisadi sisteminin bir parçası olaraq bu tendensiyalara uyğunlaşmaq istiqamətində mühüm addımlar atmaqdadır. Belə ki, Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması, transsərhəd ticarətin inkişafı prioritet olaraq müəyyən edilib. "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan bir sıra tədbirlərin icrası məqsədilə "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” qəbul olunub. Bundan başqa, elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə "Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” portalı yaradılıb. Bütün bunlar nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi istiqamətində mühüm hüquqi zəmin formalaşdırıb.

KOBİA-nın əsas vəzifəsinin məhz ölkədə startap, mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi olduğunu vurğulayan O.Məmmədov deyib ki, agentlik biznes mühitinin əlverişliliyinin artırılması, tənzimləmə sisteminin səmərəliliyinin yüksəldilməsi, çoxsaylı dəstək tədbirlərinin ünvanlılığının, onlara sahibkarların maneəsiz və rahat çıxışının təmin edilməsi kimi geniş və çoxşaxəli fəaliyyət gündəliyinə malikdir.

Forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya təşkil edilib. "Hökumət və hökumətlərarası yanaşmada elektron ticarətin tənzimləmə siyasəti” adlı sessiyada milli strategiyalar, elektron ticarətin asanlaşdırılması, elektron idarəetmənin təsiri və beynəlxalq əməkdaşlıq müzakirə olunub. "Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər” sessiyası kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robototexnika və blokçeyn mövzularını əhatə edib. Saxtakarlıqdan qorunma, kriptovalyuta, bank köçürmələri, elektron cüzdan məsələləri isə "Onlayn ödəmə sistemləri və rəqəmsal həllər” sessiyasının müzakirə mövzuları olub. "Ağıllı sərhədlər: ticarət, turizm və logistika üçün imkanlar” sessiyasında logistika və ticarət siyasəti, rəqəmsal nəqliyyat dəhlizləri, gömrük məsələləri üzrə təcrübə mübadiləsi aparılıb.

İştirakçılara "SmartPay” ödəniş sistemi haqqında məlumat almaq imkanı da yaradılıb. Belə ki, "SmartPay” guşəsində, Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri forum iştirakçılarını ödəniş sistemi haqqında məlumatlandırır. Həmçinin iştirakçılar üçün həm sayt üzərindən, həm də ödəmə terminalı vasitəsilə ödəniş etmək imkanı yaradılıb. Hazırda "SmartPay” 71 poçt filialı, 1383 poçt şöbəsində 72 ödəmə terminalı, 81 xidmət üzrə 2541 ödəmə nöqtəsi ilə vətəndaşların xidmətindədir.

Forumun ikinci günündə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların qorunması, marketinq davranışı və tendensiyaları üzrə təlimlər təşkil olunacaq.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM