20 Oktyabr 2019 11:57
591
CƏMİYYƏT
A- A+

Mətbuat Şurası icazəsiz aksiya zamanı jurnalistlərin peşə fəaliyyəti ilə bağlı monitorinq aparıb


Azərbaycan Mətbuat Şurası müxalifət nümayəndələrindən ibarət bir qrupun oktyabrın 19-da metronun "28 May” stansiyası yaxınlığında keçirdiyi icazəsiz aksiyada jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

Mətbuat Şurasından AZƏRTAC-a daxil olan məlumata görə, Şuranın və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə monitorinq qrupunun üzvləri həmin ərazidə olublar. Eyni zamanda jurnalistlər monitorinq qrupu üzvləri ilə telefon əlaqəsi yaratmaq imkanına malik olublar. Ümumən jurnalistlərin aksiyanı işıqlandırmaları üçün şərait yaradılıb. Ancaq aksiya ilə bağllı bir sıra təhlükəsizlik xarakterli məhdudlaşdırıcı tədbirlər eyni zamanda media işçilərinə də tətbiq edilib. Bununla əlaqədar monitorinq qrupuna məlumatlar daxil olub.

Jurnalistlərin tam əksəriyyəti aksiya zamanı üzərində "Press” yazılmış gödəkçələrdə olublar. Bununla belə, bir sıra KİV nümayəndələri aksiyaya bu tələbə məhəl qoymadan qatılıblar. Üzərində "Press” yazılmış gödəkçələrdə olan bəzi jurnalistlər isə özlərini aksiya iştirakçısı kimi aparıblar.

Azərbaycan Mətbuat Şurası bir daha bildirir ki, jurnalistlər bütün hallarda sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurası hüquq-mühafizə orqanlarının təmsilçilərini də bir daha üzərində "Press” yazılmış gödəkçələrdə olan media nümayəndələrinə müvafiq şərait yaratmağa, ümumən jurnalistlərə münasibətdə həssas və diqqətli davranışa çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video