Alternative content

03:45 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
17:48 13.11.2019 İndoneziyada partlayış
17:48 13.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türk Şurasının fəaliyyətində yeni mərhələ başlayır
Türk Şurasının fəaliyyətində yeni mərhələ başlayır
ANA SƏHİFƏ / SİYASƏT
02:04 20.10.2019


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşü bütün dünyaya verilən ən mühüm mesajlarla yadda qaldı. Belə ki, dövlət başçılarının çıxışları göstərdi ki, münasibətlərin inkişafı ilə bağlı irəli sürülən təklif gələcəkdə türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək. Ən əsası isə Bakı görüşü bir daha təsdiqlədi ki, qloballaşan və dəyişən dünya nizamına türk dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir.


Naxçıvanda təməli qoyulan format


Türk Şurasının Bakı görüşü Naxçıvan Sazişinin 10 illiyinə təsadüf etdi. Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabr ayının 3-də Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması” haqqında sazişə əsasən təsis edilən Türk Şurası bu 10 ildə böyük inkişaf yolu keçib. Sazişə əsasən şuranın məqsədi türk dövlətləri arasında qarşılıqlı dostluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, siyasi, ticari-iqtisadi, hüquq mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın edilməsi, elm, texnika, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və turizm sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi, tərəflərin xalqlarının həyat səviyyəsinin daim yüksəldilməsi və həyat şəraitinin yaxşılaşdırılması məqsədilə regionda iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqənin və ölkələr arasında təmasların təşviqi və sairdir.

Bu dövrdə üzv dövlətlər şuranın məqsəd və prinsiplərinə uyğun olaraq əməkdaşlığın yeni formatlarını qurublar. Belə ki, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası kimi qurumların yaradılması nəticəsində Türk Şurası çərçivəsində üzv ölkələr arasında əlaqələr sürətlə genişlənib.

Türk Şurası daimi fəaliyyət göstərən və BMT-nin standart və normalarına uyğun olaraq formalaşmış Katibliyə, nizamnaməyə uyğun yaradılmış rəhbər orqanlara - Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurasına malikdir.

Naxçıvan sazişinə əsasən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi dövlətləridir. 2018-ci ildə Macarıstan Türk Şurasında müşahidəçi statusu alıb. 2019-cu ildə Özbəkistan Türk Şurasına qoşulmaq haqqında qərar qəbul edib. Türk Şurasının sammitləri də daxil olmaqla, onun müxtəlif tədbirlərində Türkmənistan da iştirak edir. Bütün bunlar şuranın təşkilatlanaraq möhkəmlənməsində mühüm rol oynayıb.


Türk Şurasına sədrlik Azərbaycana keçdi


Bu gün bütün dövlətlər sülhün və sabitliyin qorunması, eləcə də sosial-iqtisadi rifahın və mədəni zənginliyin təmin olunması kimi müasir çağırışlarla üzləşirlər. Ona görə ortaq mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlı olan türk dövlətlərinin daha da möhkəmlənmələri, dünyada cərəyan edən proseslərə təsir göstərə bilmələri, öz milli maraqlarını müdafiə etmələri baxımından təşkilatlanmaları olduqca vacibdir. Azərbaycan türk cümhuriyyətləri ilə əlaqələrində məhz bu mövqedən çıxış edir və daim bu prinsiplərə sadiq qalır. Xarici siyasət konsepsiyasında türkdilli dövlətlərlə əlaqələrin bütün sferalar üzrə inkişaf etdirilməsini müəyyən edən Azərbaycan türkdilli dövlətlərin səylərinin birləşdirilməsini bu cür çağırışların vaxtında və effektiv cavablandırılması üçün önəmli vasitə hesab edir.

Türk Şurasının VII Zirvə Görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir: "Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”.

Ötən 10 il Türk Şurasının səmərəli və çoxprofilli beynəlxalq təşkilat kimi formalaşması mərhələsi olub. Xüsusən son bir ildə onun institusional dəyişməsi sayəsində bu mərhələni başa çatmış hesab etmək olar. İndi qarşılıqlı fəaliyyətin daha keyfiyyətli mərhələsinə və infrastruktur, sərmayələr, qanunvericilik sahələrində, həmçinin iqtisadiyyatın real sektorunda birgə layihələrin həyata keçirilməsini ehtiva edən sıx inteqrasiyaya keçməyin vaxtıdır. Məhz belə bir vaxtda - Türk Şurasının VII Zirvə Görüşündə quruma sədrlik Qırğızıstandan Azərbaycana keçdi.


Bakı görüşü şuranın fəaliyyətini daha da canlandıracaq


İndiyə qədər Azərbaycan nəinki siyasi sferada, o cümlədən qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdaşlığa, onların da beynəlxalq layihələrə cəlb olunmasına mühüm diqqət yetirib. Məsələn, respublikamızın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastrukturdur. Artıq Azərbaycan, Qazaxıstan və Türkiyə bu yoldan istifadə edir. Gələcəkdə digər türkdilli dövlətlər də buna qoşula bilərlər. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri dolayısı ilə türkdilli dövlətləri birləşdirir, Qazaxıstan və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə tranzit ölkə kimi neft-qaz boru kəmərlərinin bəhrəsini görür. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük töhfələridir. Bütövlükdə Azərbaycan özünün şaxələndirilmiş nəqliyyat sistemi və logistika imkanları ilə həm də türk dünyasına öz töhfəsini verir.

Türk Şurasına sədrliyi dövründə isə Azərbaycan öz təşəbbüsləri ilə türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə nail olacaq. Prezident

İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.

10 ildə Türk Şurası qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində böyük uğurlar əldə edib. Son Zirvə toplantısı göstərdi ki, təşkilat öz imkanlarından türkdilli xalqların mənafeyi naminə səmərəli istifadə etməkdədir. Bakıda keçirilən VII Zirvə Görüşü isə şuranın fəaliyyətində xüsusi canlanma yaradacaq, türk xalqlarının birliyinin daha möhkəmlənməsinə yol açan tarixi hadisə olacaq.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM