Alternative content

04:14 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 15 ildə 3200-dən çox məktəb binası tikilib
15 ildə 3200-dən çox məktəb binası tikilib
ANA SƏHİFƏ / Təhsil
01:42 20.10.2019


Son illər "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş, müasir tələblərə cavab verən və davamlı təhsili təmin edən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı, təsdiq edilən proqramların reallaşdırılması nəticəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. 2003-2018-ci illər ərzində 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 72 faizini təşkil edir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb, ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə enib.

Ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi tədbirləri cari ildə də davam etdirilib.

Cari tədris ilində 15-i modul tipli olmaqla 35 yeni məktəb inşa edilib, 8 məktəb əsaslı təmir olunub.

Cari ilin sonunadək 35-i modul tipli olmaqla daha 40 yeni məktəb inşa ediləcək, 1 məktəb əsaslı təmir olunacaq və beləliklə, 2019-cu ildə yeni tikilən məktəblərin sayı 75-ə (50-si modul tipli olmaqla), əsaslı təmir olunmuş məktəblərin sayı 9-a çatacaq.

Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən 14 məktəbin tikintisi, 8 məktəbin əsaslı təmiri aparılmaqdadır. Eyni zamanda 253 məktəbin cari təmiri, 448 təhsil müəssisəsinin qazlaşdırılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

Ölkə Prezidentinin təşəbbüsü ilə 2017-ci ildən etibarən kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edilməyə başlanıb. 2017-2018-ci illərdə 243 belə məktəb istifadəyə verilib. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun azaldılıb-artırıla bilməsindədir.

Onu da qeyd etmək lazımdır ki, ölkənin bütün regionlarında, ucqar kəndlərdə ən müasir standartlara uyğun təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri ümumilikdə cəmiyyətdə təhsilə münasibəti yaxşı mənada dəyişir.

Hər il Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yeni istifadəyə verilən məktəblərin açılış mərasimlərində iştirakı, kollektivlərlə görüşü, verdikləri tövsiyələr müəllim və şagirdlərin həyatında unudulmaz hadisəyə çevrilir, təhsil ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.

Cari tədris ilində də ölkə Prezidenti Bakı şəhərinin Binəqədi rayonunda 300 nömrəli məktəbin yeni tədris korpusunun, Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib, Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli məktəbdə, həmin rayonda əsaslı təmir və yenidənqurmadan sonra 101 nömrəli məktəbdə olub, Birinci vitse-prezident Şamaxı rayonunda yeni inşa edilmiş Məlikçobanlı kənd tam orta məktəbində, Bakı şəhəri Kürdəxanı qəsəbəsində yenidənqurmadan sonra 113 nömrəli məktəbdə və bir sıra uşaq bağçalarında yaradılmış şəraitlə yerindəcə maraqlanıb.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM