20 Oktyabr 2019 01:21
528
İQTİSADİYYAT
A- A+

Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ekologiyanın sağlamlaşdırılmasına sanballı töhfədir


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü ölkəmizdə ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfədir.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Əlövsət Quliyev deyib.

Alim bildirib ki, Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ekoloji problemlərin həlli barədə demişdir: "Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət alıb.

Ümummilli Liderin yolu bu gün ölkəmizdə uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü və səyi ilə ölkəmizdə ekologiyanın sağlamlaşdırılması, yeni yaşıllıqların salınması istiqamətində analoqu olmayan işlər görülür. 650 min ağac əkilməsi təşəbbüsü də bu işlərin məntiqi davamıdır.

Əlövsət Quliyev bildirib ki, Mehriban xanımın bu təşəbbüsü bütün ölkə ictimaiyyəti, xüsusən ziyalılar, elm adamları tərəfindən yüksək qiymətləndirilib. Bu təşəbbüsün uğurla reallaşdırılması üçün əlimizdən gələn dəstəyi verməyə hazırıq. Bu işlər ölkəmizin sağlam gələcəyinə xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video