20 Oktyabr 2019 00:49
564
İQTİSADİYYAT
A- A+

Yeni səpin texnologiyasının nümayişi olub


Ölkə ərazisində payızlıq səpinin başlaması münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı və Almaniyanın "Claas” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan "4S” şirkətinin dəstəyi ilə Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin (RAEIM) əkin sahəsində "Səpin Günü” tarla nümayişi keçirilib.

Tarla nümayişi Kürdəmir RAEİM-in Gəris-Əyribənd kəndi ərazisindəki əkin sahəsində baş tutub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan təşkilatların məsul şəxsləri, yerli icra hakimiyyəti, bələdiyyə nümayəndələri, şirkət əməkdaşları, fermerlər və digər istehsalçılar iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, tarla gününün keçirilməsində məqsəd istehsalçıları və əlaqədar təşkilat nümayəndələrini səpin texnologiyaları sahəsində ən son innovasiyalarla tanış etmək, yenilikləri təbliğ etməkdir. Qeyd olunub ki, becərmə sahəsində müasir texnikaların tətbiqini yaxından müşahidə etmək torpaq adamları üçün son dərəcə vacibdir: "Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi sistemində gedən islahatların nəticəsi olaraq Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzi yeni fəaliyyət strategiyası müəyyən edib. Bu strategiyanın əsas məqsədi hər bir fermer üçün maraqlı olan bir mərkəzə çevrilməkdir. Bundan sonra mərkəzin əkin sahələrində tez-tez tarla günləri keçiriləcək və ən son elmi yeniliklər barədə fermerlərə mütəmadi məlumat veriləcək”.

Azərbaycan Milli Elmlər Akademiyasının Aqrokimya və Torpaqşünaslıq İnstitutunun direktoru Əlövsət Quliyev, "4S” şirkətinin direktor müavini Pərviz Həsənov müasir torpaqbecərmə texnologiyaları barədə danışıblar. Fermerlərin diqqətinə çatdırılıb ki, son illər aran bölgəsindəki əkin dövriyyəsində olan torpaqların düzgün şumlanmaması, hamarlama və digər vacib addımların atılmaması nəticəsində torpaqların meliorativ vəziyyəti kəskin şəkildə pisləşib. Qrunt suları səthə çıxaraq torpaqların strukturunun pozulmasına səbəb olub. Almaniyadan gətirilmiş texnikalar ən ağır struktura malik olan torpaqların şumlanaraq hamarlanmasını həyata keçirir.

Daha sonra müasir texnika və avadanlıqlar vasitəsilə səpin aparılacaq torpaqların düzgün şumlanması, hamar vəziyyətə gətirilməsi, effektiv gübrələmə və səpinin aparılması prosesi nümayiş etdirilib. Yeni səpin texnologiyası ilə bağlı fermerləri maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video