20 Oktyabr 2019 00:48
487
İQTİSADİYYAT
A- A+

Cəbhə xəttinə yaxın kəndin yolları yenidən qurulub


Tərtər rayonunun təmas xəttinə yaxın Hüsənli kəndində yol infrastrukturunun yenidən qurulması işləri yekunlaşıb. Yevlax-Xocalı avtomobil yolunun 45-ci kilometrliyindən ayrılan Hüsənli yerli əhəmiyyətli avtomobil yolu asfaltlanıb.

Tikinti işləri çərçivəsində çınqıl materialından istifadə etməklə 10 metr enində yol yatağı inşa olunub. Yola müxtəlif yerlərdə 23 suötürücü boru qoyulub. Kəndin küçələri də daxil olmaqla yola eni 6 metr, uzunluğu isə 3 kilometr olmaqla asfalt-beton örtük döşənib. Hazırda zəruri yerlərdə yol nişanları quraşdırılır. 2020-ci ildə isə rayonun uzunluğu 30,5 kilometr olan Səhlabad, Əskipara, Qarağacı, Yuxarı Qaradağlı, Qapanlı, Qaynaq, Yuxarı Qapanlı, Qazyan avtomobil yollarının da yenidən qurulması nəzərdə tutulur.

Hüsənli kəndində yolların təmir edilməsi sakinlərin sevincinə səbəb olub. Hüsənli kənd tam orta məktəbin müəllimi Leyla Məmmədova deyib: "Kəndimizdə bütün infrastruktur yaradılıb. Təkcə yollarımız narahat idi. Uşaqlar da, müəllimlər də yağıntılı hava şəraitində məktəbə çətinliklə gedirdi. İndi dövlətimizin qayğısı sayəsində bu çətinliyimiz aradan qaldırılıb. Bu, biz sakinləri sevindirir”.

Digər sakin Kamal Hümbətov isə bildirib ki, kəndimiz rayon mərkəzindən uzaqda, cəbhə xəttinə yaxın məsafədə yerləşsə də, dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub: "Kənd qazlaşdırılıb, elektrik, içməli su, rabitə ilə təmin edilib. Kəndin küçələri də gecələr işıqlı olur. İndi isə yollarımız asfaltlanıb. Bütün bunlara görə kənd sakinləri adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video