20 Oktyabr 2019 00:47
661
İQTİSADİYYAT
A- A+

Dövlət dəstəyi arıçılığa marağı artırıb


Kəlbəcərlilər Ermənistan hərbi birləşmələri tərəfindən öz ata-baba yurdlarından didərgin düşsələr də, müvəqqəti yaşadıqları rayonlarda əkin-biçinlə məşğul olur, aqrar sahənin inkişafına müəyyən töhfələr verirlər.

Rayon icra hakimiyyəti fəaliyyətini Gəncədə davam etdirir, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq kənd təsərrüfatı sahəsində çalışan sakinlərə lazımi şəraitin yaradılmasını daim diqqətdə saxlayır. Belə sahələrdən biri arıçılıqdır.

Xüsusilə ölkə rəhbərinin "Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli sərəncamından sonra bu işlər bir qədər də genişləndirilmişdir. Həmin sərəncama əsasən, fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 10 manat subsidiya ödənilir. Kəlbəcərli arıçılar bu qayğıdan daha da ruhlanaraq həm arı ailələrinin sayını, həm də bal istehsalını xeyli artırmışlar. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, hər arı ailəsinə görə Goranboy rayonunda 16 kəlbəcərli fermerə 3950, Yevlax rayonunda 33 fermerə 12290 manat, Samux və Göygöl rayonlarında 94 fermerə 33310 manat, Abşeron rayonunda 7 arıçıya 2140 manat subsidiya ödənilmişdir.

Rayon Aqrar İnkişaf Mərkəzinin əməkdaşları da arıçılığı inkişaf etdirmək üçün baytarlıq idarəsi, fitosanitar nəzarəti xidmətində çalışanlarla birlikdə mütəmadi olaraq arıçılara baş çəkir, onlarla görüşlər keçirir, qayğı və problemlərini öyrənib müvafiq tədbirlər görürlər.

Elə bunun nəticəsidir ki, arıçılığa maraq göstərənlərin sayı xeyli artıb. Məsələn, Yevlax rayonunda məskunlaşan Asəf Cabbarov 108, Ağqulaq kəndində məskunlaşan Mübariz Cabbarov 130, Yevlaxın Kövər kəndində məskunlaşan Sabir Mustafayev 124, Salahlı kəndində fəaliyyət göstərən fermer Nüsrət Heydərov 106, Gəncədə məskunlaşan Oqtay Hümbətov 106, Samux rayonunun Burunqovaq kəndində Ələkbər Ələkbərov 142, Ağdaş rayonunda Dilqəm Xanlarov 68, Göyçayda 5 fermer 215 arı ailəsinə baxır. Kəlbəcər Rayon Arıçılıq Assosiasiyasının sədri Vahid Məmmədov 127 arı ailəsi saxlayır.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video