Alternative content

12:30 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Regionda fəaliyyət göstərən sahibkarlara növbəti güzəştli kreditlər verilib
Regionda fəaliyyət göstərən sahibkarlara növbəti güzəştli kreditlər verilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:43 20.10.2019


İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Zaqatalada keçirib.

Forum çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq təşkil edilib, Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi, tütünçülük, bağçılıq, arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar kompleksinin, fındıq emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, özəl sektorun davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini vurğulayıb. Sahibkarların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran S.Məmmədov Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, 2019-cu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 134,1 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 4000-dən çox iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, bu dövrdə verilən güzəştli kreditlərin 65 faizi ölkə regionlarının,

35 faizi Bakı və onun qəsəbələrinin payına düşür.

İşgüzar forum çərçivəsində həmçinin Şəki-Zaqatala iqtisadi rayonunda heyvandarlıq, bağçılıq və s. sahələr üzrə 39 investisiya layihəsinin maliyyələşdirilməsinə 491 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 50-dək yeni iş yeri açılacaq.

Məlumat üçün bildirək ki, ümumilikdə verilən son kreditlər də daxil olmaqla, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,7 milyon manat güzəştli kredit verilib.

Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi forumda sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM