Alternative content

05:17 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kisəli heyvan
Kisəli heyvan
ANA SƏHİFƏ / Elm və texnika
00:36 20.10.2019


Kenquru Avstraliya qitəsinin bəzəyi sayılır. Bəzi mənbələrə görə, "kenquru” aborigen dilində "mən sizi anlamıram” mənasını verir.

Belə ki, Avstraliyaya ilk dəfə gələn ingilislər hələ o vaxta qədər dünyanın heç bir yerində rast gəlmədikləri qəribə heyvan görürlər. Onların adını aborigenlərdən soruşurlar. Yerlilər də ingilislərin nə dediyini anlamadıqları üçün "ken-qu-ru” deyirlər. İngilislər də elə bilirlər ki, bu, elə həmin heyvanın adıdır. Bununla da kenquru adı bütün dünyaya yayılır.

Digər məlumatlara görə isə kenquru (ganguru) Botani körfəzində danışılan "Guugu Ymithirr” dilindən gəlir və böyük boz, ya da qara kenquru deməkdir.

Bu heyvanlar Avstraliyadan başqa dünyanın heç bir yerində yaşamır. Avstraliyada kenquruların sayı insanların sayından çoxdur. Hətta bəzi yollarda üzərində kenquru şəkli olan yol maşınları qoyulur ki, sürücülər onunla ehtiyatlı davransınlar.

Kenqurunun 69 növü var. Ən kiçiyi vallabidir (70 sm-dək boyu, 7-25 kq çəkisi). Ən böyüyü isə qırmızı kenqurudur. Onun boyu normal insan boyundan da hündür olur. Çəkisi də təqribən 90 kq-dır. 16 ilədək yaşayırlar.

Möhkəm arxa ayaqlarının hesabına kenquru 3 metr hündürlüyədək olan maneələri tullana bilir. Özü də ancaq irəliyə tullana bilir. O, saatda 60 kilometr məsafə qət edə bilir. Qaçış zamanı quyruğunın sayəsində tarazlığı saxlayır.

Kenquru əsasən otlarla qidalanır. Suya çox ehtiyac duymur və aylarla susuz qala bilir.

360 dərəcə fırlana bilən sanballı qulaqlarının hesabına kenqurular vəhşi heyvanları, insanları uzaq məsafədən çox yaxşı eşidir. Təhlükə duyanda ayaqlarını yerə çırpmaqla digərlərini xəbərdar edir. İti caynaqları və qüvvətli arxa ayaqlarının sayəsində insanın da həyatına son qoya bilər.

Kenquruların hamiləlik dövrü 27-40 gün davam edir. Təzə doğulmuş kenquru balası çox kiçik olur - cəmi 2 santimetr. Balalar doğulduqda tüksüz, gözləri bağlı, bədən üzvləri inkişaf etməmiş olur. Çünki kenquru balaları ana bətnində inkişafını tamamlamadan dünyaya gəlirlər. Buna görə də ananın bədənindəki tüklü kisə balalar üçün mühüm qorunma yeridir. Bala böyüdükcə bu kisə də genişlənir. Kisənin girişində balanın düşməyinin qarşısını alan xüsusi əzələlər var. Ana kenquru suya girdiyi zaman bu əzələlər vasitəsilə suyun içəriyə dolmasının qarşısını alır.

Ana kenquru balanı çəkisi 9 kiloqrama çatana qədər - 10 ayadək kisəsində gəzdirir, südlə qidalandırır. Qidalandırması da maraqlıdır. Ananın 4 süd vəzisi var və körpənin inkişaf mərhələsinə uyğun olaraq hər bir vəzi fərqli tərkibə malik süd istehsal edir. Süd balaların tələbatına uyğun xüsusiyyətdə olur. Südün tərkibindəki yağ və digər birləşmələr balanın böyüməsinə və ehtiyaclarına uyğun olaraq dəyişir.

Kenquru balalayan kimi qarnında yeni bir bala yaranır və o, anasının kisəsinin boşalmasını gözləyir. İlk bala süd əmərkən yeni doğulan ikinci bala üçün də asan həzm olunan süd verilməyə başlayır. Üçüncü bala dünyaya gəldikdə isə fərqli tərkibə malik üç süd növü əmələ gəlir. Təbii ki, ana kenqurunun bu prosesləri şüurlu şəkildə tənzimləməsi qeyri-mümkündür. Bu qeyri-adi proses kenqurunun yaradılışındakı mükəmməllikdən qaynaqlanır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM